Digər idman növləri
Futbolçu futzalçılar LAYİHƏ
Futbolxeber.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futzalı: dünən və bu gün - dünya çempionatı ərəfəsində” istiqaməti üzrə qalib olan mövzunu davam etdirir. Ölkə futzalının dünənini, bu gününü və perspektiv imkanlarını əhatə edəcək yazılardan növbətisi futbol və futzal arasında var-gəl edənlərə həsr olunur.
Hələ ötən əsrin ortalarında Azərbaycanda mini-futbol komandalarının varlığına, yarışların keçirilməsinə, bir sözlə, ölkəmizdə ənənəvi idman növü sayılmasına baxmayaraq, əslində, mövcud durum reallığı tam əks etdirmir. Bugünə qədər nə paytaxtda, nə də bölgələrdə bir dənə belə olsun, futzal məktəbi yoxdur. “Araz”a, “Neftçi”yə, “Ekol”a, o cümlədən digərlərinə klub da demək olmur, hər biri komandadı. Klub dediyinin özünün ayrıca bazası, arenası, uşaq komandaları, futzal məktəbi olar. Halbuki, dəniz qonşumuz Qazaxıstandan tutmuş, Rusiya, uzaq Portuqaliya, İspaniya, İtaliya və digər ölkələrə həsəd aparmamaq olmur. Ümumiyyətlə, istər əvvəlki dövrdə, istərsə də indi futzalçıların hamısı futboldan gəlir. Böyük futbolda özünə karyera qura bilməyənlər, sonradan meylini futzala salanlar bura üz tutur. Təbii ki, istisnalar da var. İstisna deyəndə həm futbolçu, həm də futzalçı kimi bacarığıyla seçilən oyunçular da olub. Bu yazıda “futbolçu futzalçılar”ımızdan, həmçinin, hər iki idman növüylə məşğul olmuş tanınmışlardan bəhs edəcəyik. Bəribaşdan qeyd edək ki, yalnız onların bir qisminin adını çəkəcəyik. Çünki siyahı uzundu və adların hamısını sadalamaqla sizi yora bilərik. Yoxsa müstəqillik dönəmində futzal çempionatımızda kimlər top qovmayıb ki...
BİRİNCİ QİSM: ÜÇ CƏBHƏDƏ VURUŞANLAR
Elələri var ki, nəinki iki, hətta üç cəbhədə mübarizə aparıblar. Şübhəsiz ilk növbədə Zeynal Zeynalovun adını çəkməliyik. O, futbol, futzal və çimərlik yığmalarımızda çıxış edib. Berti Foqts onu israrla əsas komandaya cəlb edirdi. Zeynalın futzal karyerası o qədər də parlaq alınmayıb. Dövrünün oyunçuları ilə müqayisə etsək, o, Rizvan Fərzəliyev, Vitali Borisov kimi liderlik xüsusiyyətlərinə sahib deyil. Bununla belə, yığmada xeyli sayda oyun keçirib. O, hazırda klub karyerasını davam etdirir. Daha doğrusu, “Neftçi”də top qovan Zeynalov karyerasını rəsmən başa vurduğunu açıqlamayıb. Hərçənd, bunun baş verəcəyini gözləmək olar. Çünki Zeynal artıq çimərlik yığmasının baş məşqçisidir. O, uzun müddət şərəfini qoruduğu çimərlik komandamızın sükanı arxasına ayyarım əvvəl təyinat alıb. Zeynal kimi, həm futbol, həm futzal, həm də çimərlikdə oynayanlardan Hikmət Bağırovun da adını çəkə bilərik. Böyük futbola “Xəzər Universiteti”ndən başlayan, “Gənclərbirliyi”nə icarəyə verildikdən sonra ulduzu sönən Hikmət sonradan futzalı seçdi, paralel olaraq, çimərlik futbolu da oynamağa başladı. O, futzal üzrə 11-ci Azərbaycan çempionatının, başqa sözlə, 2003/04 mövsümünün ən məhsuldar oyunçusu olub. Hikmət “Gömrükçü”nün heyətində 37 qol vuraraq, çempionatın bombardiri adını qazanıb. Bugünə kimi isə çimərlik yığmasının şərəfini qoruyur, hətta kapitandı.
İKİNCİ QİSM: HƏM FUTZALÇI, HƏM FUTBOLÇU KİMİ UĞUR QAZANANLAR
Bu qəbildən olan oyunçulardan bir neçəsinin - Yunis Hüseynov, Ceyhun Sultanov, Camal Məmmədov və başqalarının adını çəkə bilərik. Ancaq hər iki cəbhədə adından daha çox söz etdirən Zaur Ramazanov olub. Futbolsuzluq illərində - 1999-cu ildən 2003-ə kimi futzal oynayan Zaur 7-ci Azərbaycan çempionatında 33 qolla bombardirlər yarışında 3-cü olub. Növbəti mövsümdə də “Anqlo Oyl”un heyətində çıxış edən, ancaq bu dəfə nisbətən az - 15 dəfə fərqlənən Ramazanov nəhayət, istəyini “Tribut”da gerçəkləşdirib. O, 10-cu Azərbaycan çempionatında (2002/03) 27 qol vuraraq, hamını qabaqlayıb və bombardir tituluna yiyələnib. Məlum olduğu kimi, Zaur Ramazanov futbolçu kimi iki dəfə premyer-liqanın ən məhsuldar oyunçusu olub. O, futzal çempionatında bu baxımdan fərqləndikdən qısa müddət sonra - 2004/05 mövsümündə “Karvan”da (21 qol), 2006/07-də isə “Xəzər Lənkəran”da (20 qol) bombardirliyə yiyələnməklə, unikal göstəriciyə sahib olub.
ÜÇÜNCÜ QİSM: FUTBOLÇU KİMİ DAHA ÇOX TANINANLAR
Vaqif Sadıqov, Yaşar Vahabzadə, Əfqan Talıbov, Mirbağır İsayev adını eşidəndə ağlınıza ilk növbədə nə gəlir? Hazırda məşqçilik fəaliyyətiylə məşğul olan bu mütəxəssislər veteran futbolçulardı. Eyni zamanda onlar futzalla da məşğul olub. Sadıqov, Vahabzadə, o cümlədən, Şahin Şahhüseyni, Etibar Tarıverdiyev, Elxan Rəsulov və nisbətən az tanınan daha bir neçə mütəxəssis 1993-cü ildə baş tutan ilk çempionatın iştirakçısı olublar. O cümlədən, Bəxtiyar Musayev, Emin Salmanov, Paşa Əliyev, gənc nəsildən Rinat Sultanov, Tofiq Mikayılov, Orxan Səfiyaroğlu futbolçu kimi daha çox tanınırlar.
DÖRDÜNCÜ QİSM: BAŞQA SAHƏNİN ADAMLARI
Bu gün hakim, klub yetkilisi olan bəzi mütəxəssislər də vaxtilə futzal oynayıblar. Həm də samballı futzalçı olublar. Keçmiş SSRİ yığmasına bir əlin barmağına sığacaq qədər futzalçı dəvət olunub ki, Asim Xudiyev, Ağarza Rzayev və Rafiq Əlizadədən yalnız sonuncu komandada möhkəmlənə bilib. Beləliklə, “Neftçi”nin veteran oyunçusu karyerasının sonlarında olsa belə, futzal yığmasında forma geyə və 1991-ci ilin aprelində Macarıstana (6:2) və İtaliyaya (5:4) qarşı oyunların iştirakçısı olub. Bununla da həmyerlimizin Moskva həyatı başlayıb. Əlizadə bugünə qədər də paytaxtın köklü klubunun - Rusiyanın ilk və ən çox çempion (onqat qalib) olmuş komandası “Dina”nın vitse-prezidentidi. Yeri gəlmişkən, bu klubun yaranma tarixçəsi məhz Azərbaycanla bağlıdı. Klubun prezidenti Sergey Kozlov biznesmendi və 1991-ci ildə təşkil olunan SSRİ çempionatının sponsoru olub. O, “Neftçi”nin ifasındakı oyundan ilhamlanaraq, yeni klub yaratmaq qərarına gəlib. Daha doğrusu, bu ideyanı ona həmyerlimiz Rafiq Əlizadə verib. İş adamı yeni yaratdığı kluba ömür-gün yoldaşının adını verib. Əlizadə isə 2009-cu ildən “Dina”da məsul vəzifə tutmaqda davam edir...
Futbol hakimi kimi tanıdığımız, hətta FİFA dərəcəsinə yüksələn və bu gün də premyer-liqada fit çalan Fariz Yusifov da futzalçı olub. “İnşaatçı”da top qovan Yusifov məhsuldar oyunçulardan olub. O, 1999/2000 mövsümündə 15 qol vuraraq, çempionatı sonuncu pillədə başa vuran komandasının bombardiri kimi seçilib. Həmin mövsüm kubokda da 8 dəfə fərqlənən ədalət təmsilçisi növbəti futzal ilində nəticəsini təkrarlayıb - 23 qol. Maraqlıdı ki, o, yenə çempionatda 15, kubokda 8 dəfə fərqlənib.
İlham Əliyev də hakimliyə futzaldan gəlib. O, 1996/97 mövsümündə “Star LTD”-nin uğurları üçün tər töküb və həmin mövsümdə 9 qol vurub. Sabiq laysman hətta yığmanın şərəfini də qoruyub. O, AÇ-99-da iştirak edən millimizin heyətində yer alıb və Belçikada təşkil olunan seçmə oyunlarda meydan sahibləriylə (4:4) və Latviyayla (0:0) qarşılaşmaların iştirakçısı olub.
Bəlkə də çoxları bilmir ki, hazırda AZAL-ın vitse-prezidenti postunu tutan, həmçinin, Klublar Komitəsinin sədri vəzifəsində çalışan Fikrət Hüseynov peşəkar futzalçı olub. “Neftçi”nin veteranlarından olan Fikrət bəy ilk futzal çempionatının iştirakçılarından olub. O, 1994/95 mövsümündə 9 qol vurmağı bacarıb. AZAL rəsmisi 1995-ci ildə formalaşan və debütü həmin ilin oktyabrın 23-nə təsadüf edən millimizin heyətində yer alan futzalçılardan olub. Hollandiyada təşkil olunan AÇ-nin seçmə oyunlarında iştirak edən Fikrət bəy Xorvatiya və Çexiyanın qapısına yol tapmağı da bacarıb.
BEŞİNCİ QİSM: İKİ CƏBHƏDƏ ÇEMPİON OLANLAR
Zaur Ramazanovun 2002/03 mövsümündə futzal çempionatının bombardiri olduğunu vurğuladıq ki, o, həmin il təkcə fərdi planda yox, komandasıyla da uğura yiyələnib. Belə ki, Ramazanov “Tribut”la çempionluğu bayram edib.
Məşqçi kimi də hər iki cəbhədə titul qazanan mütəxəssis var. Bu, Böyükağa Hacıyevdi. 2006/07 mövsümündə “Bakı” ilə premyer-liqanın qalibi olan təcrübəli mütəxəssis paytaxt təmsilçisindən ayrıldıqdan sonra bir müddət işsiz qaldı ki, o vaxt “Araz”ın prezidenti olan Futzal Federasiyasının başçısı Zaur Axundovun dəvətiylə Naxçıvan təmsilçisinə keçdi. 2008-ci ildə “Araz”ın növbəti çempionluğunda pay sahibi olan Hacıyev hətta UEFA Kubokunda da iştirak etdi. Təcrübəli mütəxəssis 2011/12 və 2012/13 mövsümündə “Neftçi”ylə də premyer-liqanın qalibi olduğunu əlavə edək.
Hazırladı: İBRAHİM
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
-
12:25
“Qarabağ" və Yankoviç ötürmə dəqiqliyinə görə liderdir
-
12:07
2025/2026 mövsümü: Meydana çıxan yerli və əcnəbilərin sayı açıqlandı
-
11:46
Azərbaycan Premyer Liqasında hər oyuna orta hesabla 2.58 qol vurulub
-
11:36
"Zirə" Türkiyə klubuna qarşı
-
11:25
“Qarabağ” bu gün Avstriyada iki oyuna çıxacaq
-
11:12
Bakıda boks üzrə İBA Çempionlar Gecəsi keçiriləcək
-
10:54
Meksika 1/8 finalda VİDEO
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:21
İlahə Quliyeva və Cabir Əliyev Qazaxıstanda keçirilən Memorialda medal qazanıblar
-
10:03
Kuman istefa verdi
-
09:48
Fransa İsveçə şans tanımadı VİDEO
-
23:58
Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub
-
23:14
“Neftçi”nin rəqibləri müəyyənləşdi
-
21:45
Cüdo millimiz Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
20:33
“Neftçi”dən satış rekordu
-
19:59
"Zirə" Türkiyə klubuna uduzdu
-
19:46
Şahmatçılarımızın FIDE reytinqində mövqeyi bəlli olub
-
19:27
Həbib Nurəhmədov: “Almaniya məğlubiyyətə layiq idi”
-
18:02
"Qarabağ"ın sabahkı oyunları canlı yayımlanacaq
-
17:31
"Sabah"ı Rusiya klubuna dəyişir
-
17:18
PFL I və II Liqanın başlama tarixini açıqladı
-
17:00
Qakpo Berkamp və Robbenə çatdı
-
16:45
Eltun Turabov “Səbail”ə keçdi
-
16:34
Triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı
-
16:23
“Neftçi” Sloveniya toplanışına start verib FOTOLENT
-
16:09
İnfantino DÇ-2026-da: 24 oyun, 50 min km uçuş
-
15:56
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
-
15:37
"Qəbələ" konqolu müdafiəçi transfer etdi
-
15:12
Adil Şükürov “Sumqayıt”la anlaşdı
-
15:00
“Səbail”dən növbəti transfer
-
14:41
Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıblar
-
14:28
Azərbaycan millisi Dünya Kuboku və dünya çempionatında 29 medal
-
14:15
UEFA-dan Asim Xudiyevə yeni təyinat
-
13:54
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
-
13:33
"Gəncə" braziliyalı legioner transfer edib
-
13:06
Martinelli dünya çempionatlarının rekorduna imza atdı
-
12:49
Çimərlik voleybolçularımız EEVZA çempionatında mübarizə aparacaqlar
-
12:27
"UFC Fight Night Baku" turnirinə 11 minə yaxın bilet satılıb
-
12:12
Şirvanda mühüm qərar: Şəhərin iki klubu birləşdirildi
-
11:58
Almaniya tamam, Paraqvay davam VİDEO
-
11:40
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:25
Mərakeş Niderlandı evə göndərdi VİDEO
-
11:14
Əlçatmaz baş katib
-
10:53
Kazemiro: “Bu heyət dünya çempionu olmağa qadirdir”
-
10:36
Braziliya millisindən əzmkar qələbə VİDEO
-
10:19
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
-
10:02
Braziliya millisinin rekord seriyası davam edir
-
09:47
“Şahdağ Qusar”dan yeni transfer
-
03:28
Almaniya DÇ-2026 ilə vidalaşdı
-
23:22
U-17 millimiz Tacikistana uduzdu
01.07.2026
30.06.2026
29.06.2026
Arxiv
| Iyul 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | 05 | ||
| 06 | 07 | 08 | 09 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | 31 | ||























