Digər idman növləri
Rio-de-Janeyroda IV İslam Həmrəyliyi Oyunlarının təqdimatı olub
Rio-de-Janeyronun “Windzor Barra” otelində 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi keçirilib. Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, 60-dan artıq qonağın iştirak etdiyi mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov, Rio Olimpiya oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, rəsmilər, eyni zamanda, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum, Nigerin baş naziri Ada Salissau, Qvineya-Bissaunun baş naziri Bakiro Dja, Malaziya, İndoneziya, Qvineya-Bissau, ÇAD, Qambiya, Fələstin, Suriya və digər İslam ölkələrinin Milli Olimpiya Komitələrinin prezidentləri, baş katibləri, idmana məsul nazirləri iştirak ediblər.
Qonaqları salamlayan nazir Azad Rəhimov ölkəmizin bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirərək, I Avropa Oyunlarını, “Formula 1 Grand Prix” turnirini və digər Avropa, dünya çempionatlarını buna misal gətirib. Azad Rəhimov deyib: “Daim dünyaya tolerantlıq nümayiş edən Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını keçirməkdə məqsədi İslam dininin gözəlliyini, insanlar arasında dostluq, mehribanlıq münasibətlərini yaratmağı nümayiş etdirməkdir. 12 yarış günü ərzində 5000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. Daim hər bir yarışa yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, IV İslam Həmrəyliyi Oyunları ilə Azərbaycan simasında müsəlman ölkəsinin gözəlliyini, tolerantlığını dünyaya nümayiş etdirəcək".
Azad Rəhimovun çıxışından sonra qonaqlar üçün IV İslam Həmrəyliyi Oyunları haqda hazırlanmış film nümayiş etdirilib. Filmdə IV İslam Oyunlarına hazırlıq prosesi, idman obyektləri haqqında məlumat və digər mühüm məqamlar öz əksini tapıb.
Filmin nümayişindən sonra nazir Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq prossesi, akkreditasiya, idmançıların qalacaqları məkanlar, yarışların keçiriləcəyi idman obyektləri və digər məsələlərlə bağlı sualları cavablandırıb, fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























