3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Minifutbol

Seymur Məmmədov: “Deməzdim ki, “Zirə”nin çempionluğu sürpriz oldu”

Minifutbol üzrə Azərbaycan çempionu olan "Zirə"nin baş məşqçisi Seymur Məmmədov final matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

 

- “Birbaşa Bakı”nı 4:1 hesabı ilə məğlub edən “Zirə” tarixində ilk dəfə Azərbaycan çempionu oldu. Təəssüratlarınız necədir?

- Çempionluğa görə çox sevinirik. Neçə illərdir bu uğura doğru gedirdik. Allah bizə o qələbəni bu gün qismət etdi.

- “Zirə”nin heyətində futbolçu kimi qazana bilmədiyiniz çempionluğu baş məşqçi kimi qazandınız. Titulu əldə etmək üçün nələri dəyişdiniz?

- Demək olar ki, xüsusi heç nəyi dəyişmədim. Qələbə Allahdandır. Nəsib bu günə imiş.

- Bəs finalda böyük hesablı qələbə qazanacağınıza inanırdınız?

- Deməzdim ki, sürpriz oldu. Amma bu hesabla qələbə gözlədiyimi də desəm, yalan olar. "Birbaşa Bakı" tək Azərbaycanda yox, dünyada sayılıb-seçilən komandalardandır. Çempionlar Liqasını da qazanıb. Onlara qarşı oynamaq, onları udmaq sevinclidir.

- Son 4 ildə ölkə çempionatında "Birbaşa Bakı"nın hegemonluğu var idi, buna son qoydunuz. Bəs  "Zirə"nin qazanılan uğurun ardını gətirməsi nə dərəcədə realdır?

- Çalışacağıq ki, bu, birinci və axırıncı olmasın. Davamını gətirmək istəyirik. Tək Azərbaycan çempionatı ilə kifayətlənmək istəmirik. Avrokuboklarda da uğurlu olmaq niyyətindəyik.

- Qeyd etdiyiniz kimi, "Birbaşa Bakı" Çempionlar Liqasını qazana bilib. Eyni uğuru “Zirə”dən də gözləmək olar?

- Çempion olmasaydıq da, Çempionlar Liqasını qazanmağa gedəcəkdik. Növbəti hədəf bu olacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30