Minifutbol
Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
Avropa çempionatının hazırlıq planına əsasən aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışı keçəcək minifutbol millimizin dünən açıqlanan heyəti narazılıqla qarşılanıb.
Futbolxeber.az saytının məlumatına görə, federasiyanın feysbuk səhifəsində millinin heyəti ilə bağlı paylaşıma yazılan şərhlərin əksəri neqativdir. Azarkeşlər Elşad Quliyevin dəvət göndərdiyi 20 nəfərlik siyahıda ölkə çempionatının 1/4 finalında “Aznur”a uduzaraq mübarizəni erkən dayandıran “Zirə”dən milliyə 10 nəfərin (heyətin yarısı) dəvət almasını xoş qarşılamayıblar. Halbuki 2 oyunun cəmində “Zirə”ni 6:0 hesabı ilə üstələyən “Aznur”dan cəmi 2, digər yarımfinalçı “Odlar Yurdu”ndan isə 1 futbolçu yığmaya dəvət alıb. Yarımfinalda “Aznur”un rəqibi olan “Real Bakı”dan isə ümumiyyətlə milliyə heç kim çağırılmayıb.
Azarkeşlərin bəzi fikirlərini təqdim edirik:
* “Bütün “Zirə”nin kadrosu yazılıb ki. Yəni Avropa çempionatında “Aznur” səviyyədə milli olsa biabırçılıq...”
* “Elçin niyə yoxdu “Aznur”dan? “Zirə” elə güclüydüsə “Aznur”a 0:6 uduzmazdı! Heç olmasa “Aznur”dan 4 nəfər bu il üçün seçilərdi də yığmaya...”
* “Zirə”nin 10 oyunçusu? Ədalətli seçilməyib, məncə. “Real Bakı”, “Aznur”, “Odlar Yurdu”, “Qalaksi Bakı” - bu komandalarda elə oyunçular var ki, vallah seçilənlərin çoxundan zəif də deyillər. Elmar kimi qapıçını götürmürsüz”.
* “Aznur”a qol vura bilməyən “Zirə”nin oyunçuları rumınlara 5-6 dənə vurar”.
* “Bu il çempionatda ən yaxşı sezonu keçirən iki qapıçı oldusa, onlardan biri Elmar Qasımov idi. Nəinki o, həmçinin Elməddin Hüseynzadə, Mehdi Rəsulov. Bu futbolçular mütləq çağırılmalı idi. Bu oyunçular oyunu üzərinə götürüb komanda üçün böyük işlər görən uşaqlar idi”.
Göründüyü kimi, millinin heyəti narazılıqla qarşılanıb. Seçimlə bağlı fikirlərini öyrənmək, narazılıqlara aydınlıq gətirməsi üçün milli komandamızın baş məşqçisi Elşad Quliyevlə söhbətləşmək istəsək də, bu, baş tutmadı. Dünən ölkə çempionatının yarımfinal matçlarını canlı izləyən mütəxəssis müsahibə təklifimizə heç bir reaksiya vermədi. Halbuki Elşad Quliyev bunadək hər zaman suallarımızı cavablandırırdı...
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
03.11.2026
02.11.2026
























