Minifutbol
Elvin Məmmədov: “Boş yanaşırıq, ayılandan sonra da gec olur”
Futbol üzrə milli komandamızın keçmiş yarımmüdafiəçisi, hazırda minifutbol üzrə ölkə çempionatında çıxış edən “İnter”də forma geyən Elvin Məmmədovun Futbolxeber.az saytına müsahibəsi
“MİNİFUTBOL ÇEMPİONATINDA SƏVİYYƏNİN BELƏ YÜKSƏK OLACAĞINI GÖZLƏMİRDİM”
- Minifutbol üzrə Azərbaycan çempionatının X turunda “Real Bakı” ilə oyunda (3:3) qapınızda 3 qol görsəniz də, sonradan geridönüş edə bildiniz. Uğursuz startı nə ilə əlaqələndirmək olar?
- Loru dildə desək, oyunlara bir qədər boş yanaşırıq. Ayılandan sonra da gec olur (gülür). Amma bu dəfə çox yaxşı oynadıq. Bizdə elə uşaqlar var ki, 4-5 ildir futbolla vidalaşıblar. Praktika yoxluğu var. Ümumi götürdükdə, yaxşı mübarizə apardıq. Qapımızda 3 qol görsək də, hesabı bərabərləşdirdik. Hətta qələbə qolunu da vura bilərdik.
- Artıq minifutbola tam öyrəşmisiz?
- Yox, hələ tam öyrəşməmişik. Çətinliklər var. Bir qədər gənclərdən qurulmuş rəqiblərlə oynayanda çətinliklə üzləşirik. Çünki onlar çox qaçırlar, hərəkətdə olurlar. Biz isə çatdırmırıq.
- Çempionatın səviyyəsini necə dəyərləndirirsiniz?
- Yaxşıdır. Açığı, mən belə gözləmirdim. Komandalar güclüdür. Bizə qarşı isə daha çox motivasiya olurlar (gülür). Əslində, bu da bizə xoşdur.
- Böyük futbol üçün darıxmırsınız?
- Enerjini atmaq üçün minifutboldan başqa, həftədə 2 dəfə “dır-dır” oynayıram. Eləcə də məşqçi kimi çalışdığım 15 yaşlılarla birgə məşqdə arada oynayıram. Minimum “kvadrat”larda qoşuluram.
“İNDİ KLUBLAR LEGİONER SEÇİMİNƏ DAHA DİQQƏTLİ YANAŞIRLAR”
- Azərbaycan Premyer Liqası kənardan necə görsəniz? Səviyyə qalxıb?
- Pis deyil. İlk növbədə legionerlər seçilir. Hiss olunur ki, indi klublar legioner seçiminə daha diqqətli yanaşırlar.
- Lakin “Qarabağ” yenə də üçüncü dövrənin əvvəlindən böyük ölçüdə çempionluğu təmin edib...
- Klubda çalışdığım üçün bu barədə nəsə deməyim düzgün çıxmaz. Çünki ola bilər ki, fikirlərim birmənalı qarşılanmasın.
- Veteran futbolçu kimi fikirləriniz maraqlıdır.
- Qısaca deyim ki, “Qarabağ”ın səviyyəsi hiss olunur. Razıyam ki, artıq indidən çempionluğun taleyi demək olar ki, həll olunub. Düzdür, son turda “Sabah” bir qədər Ağdam klubuna müqavimət göstərdi. Lakin çempionluq uğrunda mübarizə demək olar ki, indidən bitib.
- “Braqa” ilə matçlarda Ağdam klubunun şanslarını necə dəyərləndirirsiniz?
- İlk növbədə “Qarabağ”a uğurlar arzu edirəm. Bu gün komandanı çox çətin oyun gözləyir. “Braqa” səviyyə baxımından üstün olsa da, “Qarabağ” təslim olmayacaq. Əminəm ki, təmsilçimiz bütün gücünü meydanda qoyacaq. Komanda sərfəli nəticə qazanmaq üçün əlindən gələni edəcək.
“BU BARƏDƏ SÖZLƏRİMİZ UCUZ QALIB DEYƏ DANIŞMAQ İSTƏMİRƏM”
- Milli komandamızın baş məşqçisi məsələsi hazırda ən çox müzakirə olunan məsələlərdən biridir. Sizin fikriniz necədir: yerli, yoxsa əcnəbi məşqçi?
- İndiyə qədər bu barədə çox fikir bildirmişik. Amma sözlərimiz ucuz qalıb deyə yenidən bu haqda danışmaq istəmirəm. Kim gələcəksə, ona uğurlar arzu edirəm. Bu, bizim millimizdir.
- Son günlər indiki, yoxsa 10 il əvvəlki Azərbaycan yığmasının daha güclü olması haqda da müzakirələr aparılır. Elvin Məmmədov bu barədə nə düşünür?
- Birmənalı şəkildə nəsə demək çətindir. Çünki hansısa fikir bildirsəm, dərhal millinin qazandığı nailiyyətlər soruşulacaq.
- Hazırda Premyer Liqada legioner liminin artırılıb-artırılmaması da müzakirə mövzusudur. Artırılsın deyənlər fikirlərini belə əsaslandırırlar ki, bu halda yerli futbolçular xaricə daha çox üz tutacaqlar. Həqiqətən də bu, mümkündür?
- Xaricə getmək məsələsində pasport çox önəmlidir. Reallığı özünüz də bilirsiniz. Tutaq ki, hansısa azərbaycanlı futbolçu və braziliyalı oyunçu. İkisinin də səviyyəsi eynidir. Amma bu halda xarici klub yüz faiz seçimi braziliyalının xeyrinə edəcək. Pasport məsələsi həlledici olacaq. Yerli uşaqların xaricə getməsi üçün güc menecerlərin üzərinə düşür. Legionerlərin gəlməsində problem görmürəm. Amma gərək klublar da səviyyəli legionerlər gətirələr. Məsələn, 10 yox, 5 əcnəbi olsun, amma elə futbolçular olsun ki, komandanı çiyinlərində daşısınlar. O vaxt “Neftçi”də Vobay, Flavinyo komandanı məhz çiyinlərində daşıyırdılar. Necə deyərlər, əsl legioner idilər. Qoy klublar daha artıq pul versinlər, onsuz da futbolda hər şey pulun başındadır. Səviyyəli legionerlər olmalıdır ki, yerlilər də onlara baxıb inkişaf etsinlər. Legioner yerli futbolçudan az seçilirsə, onu gətirməyin mənası nədir?
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
-
11:41
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
-
11:23
NTD bir neçə basketbolçu ilə yollarını ayırıb
-
10:58
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:34
Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir
-
10:19
“Neftçi” hazırlığını davam etdirir
-
10:06
İngiltərə – İspaniya matçında 5 qol VİDEO
-
09:45
Gimnastlarımız dünya çempionatında bürünc medal qazanıblar
-
09:30
Millimiz səfərdə Litvaya qarşı
-
16:49
Formula 1 Azərbaycan Qran-prisinin qalibi məlum oldu
-
16:00
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
-
15:51
"Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
-
14:27
"Formula 1" üzrə Azərbaycan Qran-prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
12:38
“Neftçi”nin üzvü Hondurasa qol vurdu, komandası qalib gəldi VİDEO
-
12:09
"Formula 2": Rafael Kamara Bakıda qalib oldu
-
11:45
"Qarabağ"ın legioneri millisinə qələbə qazandırdı VİDEO
-
11:23
“Neftçi”nin yarımmüdafiəçisi Burkina Fasodan 1 xalla qayıtdı
-
10:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:32
Boks millimiz Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
10:17
“Qarabağ” və “Zirə”nin futbolçuları Seneqala qarşı oynadılar
-
10:00
Türkiyə öz meydanında Fransaya uduzdu VİDEO
-
09:41
"Zirə" də Çempionlar Liqası ilə vidalaşdı
-
09:24
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
27.09.2026
26.09.2026
25.09.2026
24.09.2026
























