26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Minifutbol

Şəfəq Hüseynli ÜADA-nın prezidenti ilə müzakirə aparıb

Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) prezidenti Vitold Banka və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli arasında görüş keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, ÜADA-nın Polşanın Varşava şəhərindəki prezident ofisində keçirilən görüşdə antidopinq sahəsində beynəlxalq irəliləyişlər müzakirə edib. AMADA-nın direktoru Şəfəq Hüseynli ölkəmizdə antidopinq sahəsindəki vəziyyət, baş verən yeniliklər, beynəlxalq çağırışlara uyğun olaraq həyata keçirilən yeni innovativ üsulların, süni intellektin  tətbiqi ilə bağlı  layihələr barədə məlumat verib.
 
ÜADA-nın prezidenti Vitold Banka qeyd edib ki, Azərbaycanın yerli və beynəlxalq müstəvidə  dopinqlə mübarizəyə verdiyi töhfəsi və gördüyü işlər təqdirəlayiqdir və AMADA ÜADA-nın etibarlı tərəfdaşlarından biridir.
 
Görüşdə həmçinin Ş.Hüseynlinin sədrlik etdiyi Avropa Şurasının Antidopinqdə Gender Bərabərliyi Komitəsinin (GECA) gördüyü işlər və onun antidopinq sahəsində  gender bərabərliyinin təmin edilməsi üzrə beynəlxalq layihəsi müzakirə olunub.
 
Futbolxeber.az-ın teleqram kanalına abunə olun

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30