Minifutbol
AİJF şəhid ailəsini ziyarət etdi
Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin üzvləri Qubanın Alekseyevka kəndində şəhid Ülvü Məmmədovun atası, idman jurnalisti Vüqar Məmmədovla görüşüblər.
Futbolxeber.az saytının məlumatına görə, görüşə şəhidin qardaşı Fərid Məmmədov, babası Ağamirzə Məmmədov və digər şəxslər qatılıb.
Əvvəlcə AİJF prezidenti Qabil Mehdiyev, vitse-prezident Mahir Rüstəmli, üzvlər Sənan Şəfizadə və Elşən Məmmədov, Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, kənd ağsaqqalları, ziyalılar və jurnalistlər kənd qəbiristanlığında Ü.Məmmədovun məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə federasiya adından əklil qoyulub, ruhuna dualar oxunub.
Ardından tədbir iştirakçıları kənd mərkəzində şəhidin plakatı qarşısında salınan bulaq-barelyeflə tanış olublar. Məlumat verilib ki, Alekseyevka kənd sakini olan Ülvü Məmmədov hələ Vətən müharibəsi başlamamışdan bir həftə öncə - 2020-ci il senyabrın 21-dən təlimlərə qatılıb, daha sonra Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək, qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamları ilə 15 dekabr 2020-ci il tarixində “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixində isə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Kənd ağsaqqalları və ziyalılar sakinlərin imza toplayaraq, Alekseyevka adının dəyişdirilməsi və Ülvünün adına verilməsi xahişi ilə müvafiq qurumlara müraciət etdiklərini bildiriblər.
Daha sonra şəhidin ailə üzvləri qonaqları evinə dəvət edərək, Ü.Məmmədovla bağlı xatirələrini bölüşüblər. Şəhidin əmisi, AİJF İdarə Heyətinin üzvü Elşən Məmmədov qardaşı Vüqar Məmmədovun "Futbol+" qəzeti, Sportnet.az və Komanda.az saytları ilə əməkdaşlıq etdiyini xatırladıb. O, eyni zamanda V.Məmmədovun bir müddət müxtəlif futbol liqalarında hakimlik etdiyini, AFFA-nın C kateqoriyalı məşqçi lisenziyasının sahibi kimi uşaq və qızlar komandalarını çalışdırdığını diqqətə çatdırıb.
Şəhidin ailəsinə başsağlığı verən AİJF prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev Ü.Məmmədovun xatirəsinə müxtəlif yarışlar keçirmək niyyətində olduqlarını bildirib. O, ilk belə tədbir kimi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, həmçinin Quba rayon Gənclər və İdman İdarəsi ilə birgə fevralın 12-də məktəblilər arasında onlayn şahmat turniri təşkil edəcəklərini açıqlayıb.
Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev rayon rəhbərliyinin şəhid ailələrinə xüsusi diqqətlə yanaşdığını, rəhbərlik etdiyi qurumun da bu yöndə müxtəlif tədbirlərə start verdiyini söyləyib. O, Ülvü Məmmədov və digər şəhidlərin xatirəsinə müxtəlif turnirlər keçirməyi planlaşdırdıqlarını bildirib.
Göstərilən diqqətə görə təşəkkürünü bildirən şəhid Ülvü Məmmədovun ailə üzvləri AİJF-yə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
11.11.2026
10.11.2026
09.11.2026
























