17 Yanvar 2026, Şənbə
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu

Minifutbol

"Qəbələ" mətbuatı “Baku MMA Academy”ə yığdı: jurnalistlər arasında üçnövçülük üzrə yarış

"Qəbələ" İdman Klubunun təşkilatçılığı ilə Dövlət Bayraq Günü münasibətilə Baku MMA Academy-də jurnalistlər arasında üçnövçülük üzrə (pəhləvan daşı saxlama, maneələr üzərindən tullanma, baykkalori) idman yarışı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda ən yaxşı nəticəni rekord.az saytının redaktoru Anar Xanlarov göstərib və birinci yerə sahib çıxıb. Lider TV-nin əməkdaşı Rövşən Əhlimanoğlu ikinci, futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov isə üçüncü olub. Futbolxeber.az saytının baş redaktoru İbrahim Cəfərov isə yarışın xüsusi mükafatına layiq görülüb. Qaliblərə hədiyyələri “Qəbələ” rəsmisi Səbuhi Qarayev və MMA üzrə Avropa çempionu Bəxtiyar Abbasov təqdim ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31