25 Oktyabr 2026, Bazar günü
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi
DÇ: Millimizdən darmadağın
“Qəbələ” və “Zirə” qalib gəldi

Minifutbol

Ceyhun Sultanovun evi yarıldı: “Qızıl, şuba, əllərinə nə keçib aparıblar”

“Neftçi”nin idman direktoru Ceyhun Sultanovun evini yarıblar.

Bu barədə klub rəsmisinin özü məlumat verib.

Hadisə, Yasamal rayonu Şəfaət Mehdiyev 1054 ünvanında baş verib. Oğurluq baş verən zaman Sultanov ailəsi ilə birlikdə Tiflis şəhərində olub:

“Ailəmlə birlikdə Yeni ili qeyd etmək üçün Tiflisə getmişdim. Gələndə gördüm ki, evi yarıblar. Hadisə ayın 1-dən 2-nə keçən gecə baş verib. Həyətə girəndə gördüm ki, polislər dayanıb. Qonşumdan soruşdum ki, nə məsələdir? Sən demə, onun da evinə oğru girib. Yuxarı qalxanda qapını açmaq istədim, gördüm, “ruçka” əlimdə gəldi. İçəri girdim ki, mənim də evimi soyublar. Qızıl, şuba, əllərinə nə keçib aparıblar. Evdən getdiyimi bir aşağıdakı komendant bilirdi, vəssalam. Şübhələndiyim adam da yoxdur. Evə də binanın damına çıxaraq, ordan iplə giriblər. 19-cu mərtəbədəki evi yarandan sonra, düşüb 11-ci mərtəbəyə mənim evimi soyublar. Mən belə oğurluq görməmişdim”.

Faktla bağlı araşdırma başlanıb (Yenicag.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31