Ölkə futbolu
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
Dünən keçirilən 3 oyunla Azərbaycan I Liqasında VI tura yekun vuruldu. Buna qədər isə turun mərkəzi matçı “Şahdağ Qusar” və “Səbail” arasında oynanıldı. Mövsümə ardıcıl 4 qələbə ilə başlayan Füzuli Məmmədovun komandası ötən tur gözlənilmədən “Xankəndi”yə uduzmuşdu. “Səbail” isə əksinə, Zaqatala səfərindən 3 xalla qayıtmaqla Qusar klubu ilə aradakı xal fərqini 1-ə endirmişdi. Odur ki, matçdan öncə psixoloji üstünlük “Səbail”in tərəfində idi. Qələbə qazanacağı halda paytaxt klubu liderliyə yüksələcəkdi.
Buna baxmayaraq, “Səbail” istəyinə çata bilmədi. 90 dəqiqə ərzində rəqibindən üstün olan “Şahdağ Qusar” vacib qələbə qazandı. Bununla da, Füzuli Məmmədovun komandası həm turnir cədvəlində mövqeyini qorudu, həm “Səbail” üzərində şəxsi oyunlarda üstünlük qazandı, həm də 1 tur əvvəlki məğlubiyyətin təsadüfi olduğunu göstərdi.
“Gəncəbasar”, “Karvan-Yevlax” və MOİK də iddialı olsa da, I Liqada çempion adına əsas namizəd “Şahdağ Qusar”la “Səbail”dir. Bu iki komandanı müqayisə etsək, istər heyətinə, istərsə də maddi durumuna görə üstünlük paytaxt klubunun tərəfindədir. Qusar klubunun heyətinin zəif olduğunu, yaxud maddi sıxıntı yaşadığını söyləmək olmaz. Amma söhbət bu iki klubun müqayisəsindən gedir. “Səbail”in heyətində elə təkcə 7 legioner olduğunu demək kifayət edər. Əvəzində “Şahdağ Qusar”ın rəqibi ilə müqayisədə iki böyük üstünlüyü var. Biri azarkeşləridir, digəri isə baş məşqçisi.
Bu gün “Şahdağ Qusar”ın inamlı çıxışında Füzuli Məmmədov amili böyük rol oynayır. Təcrübəli mütəxəssis əla kollektiv formalaşdırıb. “Şahdağ Qusar” bu gün təkcə qazandığı nəticələr yox, həm də sərgilədiyi oyunla diqqət çəkir. Xüsusən də “Səbail” kimi rəqiblərlə oyunlarda baş məşqçi amili böyük rol oynayır. Füzuli Məmmədov fərqi məhz bu cür vacib matçlarda ortaya çıxır...
Təsadüfi deyil ki, “Şahdağ Qusar” geridə qalan 6 turda artıq əsas rəqiblərindən üçünü – MOİK, “Karvan-Yevlax” və “Səbail”i məğlub edib. Əslində Füzuli Məmmədovun işinin uğurlu alınması qətiyyən təəccüblü də deyil. Son iki ilə diqqət yetirsək, Məmmədov əvvəlcə I Liqada mövsümün ortasında sonuncu yerdə qəbul etdiyi “Mingəçevir”i nəinki çempionatda saxladı, komanda hətta yekunda 4-cü oldu. Düzdür, ötən il “Karvan-Yevlax” Premyer Liqada yerini qoruya bilmədi, lakin hamı təsdiqləyər ki, Yevlax klubu məhz Füzuli Məmmədovun gəlişindən sonra inamlı təsir bağışladı və xallar topladı. Təcrübəli mütəxəssis komandaya mövsümün əvvəlində gəlsəydi, hər şey fərqli olardı. Həmin uğurlu işini Füzuli Məmmədov bu gün də “Şahdağ Qusar”da davam etdirir. Azarkeşlər və rəhbərlik də baş məşqçinin arxasındadır. Odur ki, “Şahdağ Qusar”ın Füzuli Məmmədovun rəhbərliyi altında gələcəkdə də bu cür vacib qələbələr qazanacağı şübhə doğurmur...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
09:00
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qarşı
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
23.10.2026
22.10.2026
21.10.2026























