24 Oktyabr 2026, Şənbə
“Qəbələ” və “Zirə” qalib gəldi
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
Bekiri: “Qələbə çox vacib idi”
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Maksimov: “Qolları rəqibə hədiyyə etdik”

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının IX turunda Şamaxı şəhər stadionunda "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının məlumatına görə, Naxçıvan klubunun baş məşqçisi Yuri Maksimov matçdan sonra keçirilən mətbuat konfrasansında jurnalistlərin suallarını cavablandırıb:

- Qolları rəqibə hədiyyə etdik. Özümüz isə çətinliklə qol vururuq. Futbolçular çalışırlar. Amma ustalıq səviyyəsi çatışmır.

- Yaxşı nəticələr qazanmaq üçün nələri dəyişmək lazımdır?

- Hazırkı vəziyyətdə nəyisə dəyişmək çətindir.

- Bir çox futbolçu fərqli mövqedə oynayır. Bunun səbəbi nədir?

- Heyətdə itkilərimiz mövcuddur. Zədəli və cəzalı futbolçularımız var. Buna görə oyunçuların yerlərini dəyişirik.

- Komandanı siz yığmamısız. Heyətdən nə dərəcədə razısınız?

- Oynamağa davam edəcəyik. Görək necə olacaq. Sadəcə, belə səhvlərə yol vermək olmaz. Hər oyunda asan qollar buraxırıq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31