23 Oktyabr 2026, Cümə
IX turun hakim təyinatları açıqlandı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu

Ölkə futbolu

AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, II Liqanın 8-ci turunun oyunlarında baş verən intizamsızlıqlara görə bir sıra cəzalarla bağlı qərarlar verilib.

Qərarda qeyd olunub ki, “Hypers” – “Ağdaş” matçı başa çatdıqdan sonra “Ağdaş” klubunun rəhbəri Ruslan Hüseynov hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb. “Ağdaş” klubu isə 1000 manat cərimə olunub.

“Şirvan” - “Ağstafa Gəncləri” qarşılaşmasının 85-ci dəqiqəsində “Şirvan”ın baş məşqçisi Pərviz Bayramov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan qovulub. O, 1 oyunluq diskvalifikasiya edilib, klubu isə 250 manat cərimələnib.

"Şəmkir” - “Difai” matçının 88-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, 3 oyunluq cəzalandırılıb, “Şəmkir” klubu isə 300 manat məbləğində cərimə olunub.

“Şəki” - “Zəngəzur” oyununda “Zəngəzur” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə klub 150 manat cərimə edilib.

“Qaradağ Lökbatan” - “Dinamo” görüşünün 70-ci dəqiqəsində qonaqların futbolçusu Valeh Seyidov birbaşa qırmızı vərəqə aldıqdan sonra yenidən rəqibə qarşı təcavüzkar davranıb. İntizam Komitəsinin qərarı ilə futbolçu 4 oyunluq cəzalandırılıb, klubu isə 300 manat cərimə edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31