Minifutbol
İAM "İlin qalibləri-2018" üçün namizədləri açıqlayıb -
İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri-2018" layihəsinin icrasına başlayıb.
Futbolxeber.az saytının məlumatına görə, ardıcıl 6-cı ildir həyata keçirilən layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, İnformasiya dəstəkçisi "Report" agentliyi, baş sponsoru "Topaz", sponsoru isə "İl`Azero" şirkətidir.
Əvvəlki layihələrlə müqayisədə bu dəfə nominasiyaların adları və tərkibində bəzi dəyişikliklər edilib. "İlin komandası" və "İlin idman jurnalisti" nominasiyaları siyahısından çıxarılıb. "İlin baş məşqçisi" nominasiyası üzrə seçimlərin isə bütün növlər üzrə aparılması qərara alınıb.
Layihənin ilkin mərhələsində müxtəlif KİV-lərdə çalışan idman jurnalistləri (hər KİV-dən bir nəfər) arasında "İlin idman xadimi", "İlin idmançısı", "İlin əcnəbi futbolçusu", "İlin futbolçusu", "İlin məşqçisi", "İlin idman yarışı" nominasiyaları üzrə sorğu keçiriləcək. Bu zaman jurnalistlər təklif olunan namizədlərdən əlavə, özlərinin layiq bildikləri şəxsi də seçə bilərlər. Yekunda ən çox səs toplayan namizəd qalib elan olunacaq və dekabrın 18-də Bakı Olimpiya Stadionunda mükafatlandırılacaq.
Namizədlər bunlardır (Əlifba sırası ilə):
I. İLİN İDMAN XADİMİ
1. Arif Rəhimov - Formula 1 üzrə Azərbaycan Qran Prisinin promouteri
2. Fərid Qayıbov - Avropa Gimnastika İttifaqının prezidenti
3. Mahir Məmmədov - Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti
4. Namiq Əliyev - Azərbaycan Güləş Federasiyasının prezident əvəzi
5. Sadıq Sadıqov - Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti
6. Sahib Ələkbərov - Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti
7. Yaşar Bəşirov - Azərbaycan Karate Federasiyasının prezidenti
II. İLİN İDMANÇISI
1. Eldəniz Əzizli (yunan-Roma güləşi) - Avropa və dünya çempionu
2. Hidayət Heydərov (cüdo) - Avropa çempionatının gümüş, dünya çempionatının bürünc medalçısı
3. İrina Zaretska (karate) - dünya çempionu və Avropa çempionatının gümüş medalçısı
4. Mariya Stadnik (qadın güləşi) - Avropa çempionu və dünya çempionatının gümüş medalçısı
5. Mixail Malkin (tamblinq) - Avropa çempionu
6. Şəhriyar Məmmədyarov (şahmatçı) - İddiaçılar Turnirində ikinci yerin sahibi
7. Turan Bayramov (sərbəst güləş) - Yeniyetmələr arasında olimpiya çempionu
8. Uşangi Kokauri (cüdo) - Dünya çempionatının gümüş mükafatçısı
9. Vüqar Talıbov (cüdo) - Yeniyetmələr arasında olimpiya çempionu
10. Yelizaveta Luzan (bədii gimnastika) - Yeniyetmələr arasında olimpiya çempionu
III. İLİN ƏCNƏBİ FUTBOLÇUSU
1. Aleksandr Dedov (Zirə") - moldovalı yarımmüdafiəçi
2. Baqali Dabo ("Qəbələ" / "Neftçi") - fransalı hücumçu
3. Denis Silva ("Keşlə") - braziliyalı müdafiəçi
4. Donald Gerrye ("Qarabağ") - haitili yarımmüdafiəçi
5. Miçel ("Qarabağ") - ispaniyalı yarımmüdafiəçi
6. Marko Deviç ("Sabah") - ukraynalı hücumçu
IV. İLİN FUTBOLÇUSU
1. Amil Yunanov ("Sumqayıt" / "Keşlə") - hücumçu
2. Cavid İmamverdiyev ("Sumqayıt" / "Sabah") - yarımmüdafiəçi
3. Emin Mahmudov ("Neftçi") - yarımmüdafiəçi
4. Maksim Medvedev ("Qarabağ") - müdafiəçi
5. Mahir Mədətov ("Qarabağ") - hücumçu
6. Mirabdulla Abbasov ("Neftçi") - hücumçu
7. Riçard Almeyda ("Qarabağ" - "Astana" Qazaxıstan) - yarımmüdafiəçi
8. Təmkin Xəlilzadə ("Qəbələ") - yarımmüdafiəçi
V. İLİN MƏŞQÇİSİ (bütün növlər üzrə)
1. Firdovsi Umudov - sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi
2. Qurban Qurbanov - Azərbaycan millisinin və "Qarabağ" klubunun baş məşqçisi
3. Rəhman Hətəmov - karate üzrə Azərbaycan millisinin baş məşqçisi
4. Roberto Bordin - "Neftçi" klubunun baş məşqçisi
5. Ruslan Maşurenko - Cüdo üzrə Azərbaycan milli komandasının məşqçisi
6. Şaban Donat - Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi
7. Vüqar Məmməd - Azərbaycanın U-19 millisinin baş məşqçisi
VI. İLİN İDMAN YARIŞI
1. "Bakı Marafonu-2018"
2. Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı
3. BMX üzrə dünya çempionatı
4. Cüdo üzrə dünya çempionatı
5. Formula 1 üzrə Azərbaycan Qran Prisi
6. Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturniri.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
31.10.2026
30.10.2026
























