2 Yanvar 2026, Cümə
“Neftçi”nin hazırlıq planı bilindi
Enzo Mareska “Çelsi”dən qovuldu
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə

Minifutbol

FİFA milli assosiasiyalarda və konfederasiyalarda audit aparacaq

FİFA-ya üzv olan bütün 211 milli assosiasiya və 6 konfederasiyada mərkəzləşdirilmiş audit aparılacaq.
 
Futbolxeber.az-ın ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, yoxlamaları dünya səviyyəli müstəqil auditorlar həyata keçirəcək. Məqsəd üzv təşkilatlara Forvard fondların ayırdığı vəsaitdən istifadəyə nəzarət etməkdir. Hazırda bu vəsaitlərin təyinatı üzrə istifadəsinin təmin olunması üçün sərt nəzarət mövcuddur.
 
Maliyyə hesabatında bildirilir ki, FİFA dünya ölkələrinin futbol assosiasiyalarından Uşaq Futbolunun İnkişaf Proqramında iştirakları üçün 1554 ərizə alıb. 2015 - 2018-ci illərdə proqram çərçivəsində milli futbol qurumlarına 1,79 milyard dollardan 393 milyon dollar köçürülüb. Qalan pul vəsaitləri hər bir assosiasiya ilə razılaşdırılmış qaydada mərhələli şəkildə köçürüləcək. Bu zaman layihənin nə dərəcədə uğurla həyata keçirildiyi nəzərə alınacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31