Futzal
Futzal millimizdə xaos: məşqçi inzibatçı maaşı alır
Ötən həftə saytımızda yayımlanan “AFFA, futbolu yarıtdınız, qaldı futzal?!” başlıqlı yazı geniş rezonans doğurub. Bunu nəzərə alaraq araşdırmamızı daha da genişləndirdik. Məlum oldu ki, problem təsəvvür etdiyimizdən də böyükdür.
Əsas problemlərdən biri maliyyə ilə bağlıdır. Belə ki, bu gun milli komandada yer alan oyunçulardan yalnız 2-3-nün klubla – “Neftçi” ilə müqaviləsi var. Qalanlarının hamısı klubsuzdur və son vaxtlar yeganə qazancları millinin təlim-məşq toplanışında aldıqları gündəlik 20-30 manat “sutuçnı” olub.
Vəziyyət o qədər biabırçıdır ki, milli komandada qapıçı məşqçisi olan şəxs inzibatçı statusundadır və elə inzibatçı maaşı da alır. Qapıçılardan biri isə həm də qapıçı məşqçisi kimi qeyd olunub və o statusa uyğun da məvacib alır. Təkcə elə bu məqam yığmada xaos olduğunu göstərir.
Milli komandamızın DÇ-2028-in seçmə mərhələsində fiaskoya uğramasının kökündə də məhz hazırda futzalda hökm sürən neqativ ab-hava dayanır. Belə ki, bəzi milli üzvləri haqsızlığa etiraz etdikləri üçün yığmaya dəvət almayıblar. Buna qədər kim güclü idisə, o da yığmaya çağırılırdı. İndi isə vəziyyət dəyişib. Hazırda milliyə dəvətdə şəxsi münasibətlər, tanışlıq, dostluq rol oynayır. Sözünü kəsəri olan, haqqını tələb edə biləcək oyunçular isə kənarda qalırlar. Belə komanda Latviyaya 1:5 uduzar da...
Adını gəncləşdirmə qoysalar da, məsələnin kökü məhz yazdığımız kimidir. Çünki bu gün İsa Atayev, Xətai Bağırov, Rövşən Hüseynli, Ramiz Çovdarov kimi təcrübəlilərin, Xəzər Ağalızadə, Fərid Abbasov, Mirzə Əmirov, Nurlan Mehdizadə kimi potensiallı oyunçuların millidən kənarda qalmasının başqa adı yoxdur.
Uğursuzluğa səbəb kimi təkcə heyətin zəifliyi yox, həm də baş məşqçinin səhvlərini göstərmək olar. Adicə bir nümunə: Çexiya ilə oyunda millimizin 0:2 hesabı geridə olduğu vaxt hücum etmək əvəzinə 5x4 oynayıb, 12 dəqiqə top saxlaması sadəcə fiasko idi...
Bütün bunlar isə hazırda futzala cavabdeh olan şəxslərin təcrübəsizliyindən irəli gəlir. Bir vaxtlar millidə administrativ işlərə baxan (formalar, biletlerin, otellərin təşkili) şəxs bu gün futzalda əsas söz sahibidirsə, hər hansı inkişafdan söhbət gedə bilməz.
Sadaladıqlarımız isə yekunda milli komandamızın DÇ-2028-in seçmə mərhələsində fiaskoya uğraması ilə nəticələndi. Hədəf qrup liderliyi idi. Normalda millimizin potensialı da buna imkan verirdi. Gəl ki, naşı adamların yığmada istədiklərini etməsi yekunda fiaskoya gətirib çıxardı. İtirən kim oldu? Təbii ki, Azərbaycan futzalı...
AFFA-nın yaratdığı futzal departamentinin ölkə çempionatını hansı səviyyədə keçirəcəyi də böyük sual altındadır. Adicə bir nümunə: bu gün noyabrın 18-dir. Çempionatın püşkü hələ bu gün atılır. Halbuki əvvəlki illərdə noyabrın ortasında ölkə çempionatında artıq bir neçə tur geridə qalırdı. Məsələn, ötən il çempionatın püşkü sentyabrın 8-də atılmış, yarışa isə 10 gün sonra start verilmişdi. Adicə bir püşkatmada 2 aydan çox gecikənlər görəsən, çempionatı heç olmasa başa vura biləcəklər?..
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “Turan” “Mladost”u məğlub etdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Zirədə dramatik oyun
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
- Millimiz Vyetnama məğlub oldu
-
09:31
Futzal millimizdə xaos: məşqçi inzibatçı maaşı alır
-
09:17
"Qarabağ"ın qapıçısı Rumıniya üzərində qələbəyə sevindi
-
09:00
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”da çempion ola bilmədi
-
22:49
Rui Jorje: “Komandanın hazırkı vəziyyəti məni qane edir”
-
21:35
U-20 millisi İraqla heç-heçə etdi
-
21:12
U-19 Farer adalarını 2 qolla üstələdi
-
19:54
Basketbol Liqasında təxirə salınmış oyunların vaxtları açıqlanıb
-
19:00
U-21 Omanı yenə məğlub etdi
-
18:27
“Dinamo”dan çətin qələbə
-
17:41
“Araz-Naxçıvan”ın legioneri zədəsini bərpa edib
-
16:53
Qadın güləşi üzrə yeniyetmələr arasında açıq turnir keçirilib
-
16:38
I Liqada 9-cu turun oyun cədvəli açıqlandı
-
16:16
Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər və nümayəndə oyuna gecikdi - ÖZƏL
-
16:09
U-17 millimiz qrupda sonuncu oldu
-
15:25
Faiq Qarayev milli üzvləri ilə görüşüb
-
14:52
"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar FOTOLENT
-
14:34
Dünya çempionu vəfat edib
-
14:17
Dünya çempionatında Azərbaycanı iki şahmatçı təmsil edəcək
-
13:41
Adil Şükürov Gürcüstanda işgüzar səfərdə olub
-
13:00
Gəncədə "Qarabağ"la oyuna böyük maraq
-
12:28
"Bu görüşlər gələcəkdə yeni əməkdaşlıqlar üçün imkanlar yaradacaq”
-
11:53
“Neftçi” Qadınlar Super Liqasında: 5 oyun, 5 qələbə
-
11:36
Almaniya Niderlandı darmadağın etdi VİDEO
-
11:09
Zöhrab Gözəlbəyli Çelenc Kubokunun oyununa təyinat alıb
-
10:45
Verib müsahibə, deyib düşmüşük dibə
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Millimizin qələbəsi VİDEO
-
09:31
“Turan Tovuz”un müdafiəçisi yığmada növbəti oyununa çıxdı
-
09:17
“Sumqayıt”ın oyununun biletləri satışda
-
09:00
“Neftçi”nin legioneri millidə qələbəyə sevindi
-
23:49
Millimiz Andorraya qalib gəldi
-
23:36
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib FOTOLENT
-
20:15
İki boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
20:01
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
-
19:44
Zavarovun komanda yoldaşı, Banişevskinin sevimlisi
-
18:00
"Neftçi"nin qadın komandaları üçün antidopinq seminarı təşkil olunub
-
17:37
Milli Paralimpiya Komitəsinin nümayəndələri Qazaxıstanda təcrübə mübadiləsi aparıblar
-
17:13
Karateçilərimiz beynəlxalq turnirdə 23 medal qazanıblar
-
16:58
Güləş İrsi və İcması Komitəsinin növbəti iclası baş tutub
-
16:26
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı ərəfəsində yolların vəziyyəti müzakirə olunub
-
16:09
Azərbaycan millisi Dünya Kubokunda 14-cü yeri tutub
-
15:42
“Neftçi” veteran futbolçularını təbrik etdi FOTOLENT
-
15:15
Benziyanın yeni klubu müəyyənləşdi
-
14:51
Lukaku millidəki karyerasını bitirdi
-
14:34
Füzuli Məmmədov: “Birliyimiz sayəsində çempion olacağıq”
-
14:00
İspaniya 43-də dayandı
-
13:27
Bakıda bədii gimnastika üzrə "Qış nağılı" beynəlxalq turniri keçiriləcək
-
12:53
Respublika Velotrekində gənclər üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
12:18
Luka Modriç Lionel Messiyə çatdı
-
11:36
Avropa çempionatı: Boksçularımızın ilk rəqibləri məlum olub
18.11.2026
17.11.2026
16.11.2026























