19 Noyabr 2026, Cümə axşamı
Millimiz FIFA reytinqində irəlilədi
Avro-2028: Millimiz 5-ci səbətdə
U-20 millisi İraqla heç-heçə etdi
U-21 Omanı yenə məğlub etdi

Ölkə futbolu

Rui Jorje: “Komandanın hazırkı vəziyyəti məni qane edir”

Azərbaycanın U-20 millisinin baş məşqçisi Rui Jorje İraqla keçirilən yoldaşlıq görüşü (0:0) haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis komandasının oyunundan razılığını ifadə edib:

“Oyunun bəzi hissələrində keyfiyyətli futbol nümayiş etdirdik. Müdafiədə etibarlı oynadıq. Topun hərəkətində bir qədər lənglik var idi. Buna baxmayaraq ilk hissədə üç real qol imkanı yaratdıq, sadəcə onlardan daha yaxşı yararlana bilərdik. Güclü külək də hər iki komandanın oyununa təsir göstərirdi.

Futbolçularımın çıxışından olduqca razıyam. Onlar tapşırıqlarımı yerinə yetirməyə çalışır və tələblərimə müsbət cavab verirlər. Əsas məqsədimiz inkişafı davam etdirməkdir. Komandanın hazırkı vəziyyəti məni qane edir. Hər bir futbolçu millidə oynamağa layiq olduğunu göstərməyə çalışır.

Mənim vəzifəm digər məşqçilərin işinə müdaxilə etmək deyil. “Neftçi” və “Sabah”ın əvəzedici komandalarının baş məşqçiləri ilə mütəmadi əlaqə saxlayır, futbolçular barədə fikir mübadiləsi aparırıq. Bu, onların işinə qarışdığım demək deyil. Onlar da mənim fəaliyyətimə müdaxilə etmirlər”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30