26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Futzal

“Araz-Naxçıvan” braziliyalı ilə gücləndi

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” futzal komandası hazırlığını davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, Bakıda təlim-məşq toplanışına başlayan ölkə çempionu heyətini də gücləndirmək istiqamətində işlər görür. Mövsüm başa çatdıqdan sonra əksər futzalçılarla yollarını ayıran “qırmızı-ağlar” xüsusilə də legionerləri cəlb etməklə boşluqları doldurur. Aleksanderson Teyşeyra Barbosa ilə 1 illik anlaşma əldə olunub. 25 yaşlı futzalçı ötən mövsümü Qazaxıstanın “Jetisu” klubunda keçirib.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində F qrupunda yer alacaq. Təmsilçimiz avqustun 27-də Şimali İrlandiyanın “Sparta Belfast”, ertəsi gün Şotlandiyanın PYF, avqustun 30-da isə Avstriyanın “Ljuti Krajişniçi” komandaları ilə üz-üzə gələcək. Bu qrupun oyunları Avstriyada keçiriləcək. Yalnız qrup qalibi əsas mərhələyə yüksələcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30