Futzal
Millimizin baş məşqçisi: "Axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur"
“Axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur”.
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığmasının baş məşqçisi İlqar Aslanov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib:
Mütəxəssis səfərə qədər daha bir matç keçirmək istədiklərini vurğulayıb: “Komanda yanvarın 10-dan toplanışdadır. Məşqlərimiz plana uyğun şəkildə davam edir. Gündə iki dəfə hazırlıq keçirik. Həm fiziki, həm də taktiki planda çalışmaları yerinə yetiririk. Yükləmələri daha çox topla çalışmalar zamanı veririk. Uşaqlar həvəslidirlər, çalışırlar dediklərimizi icra etsinlər. Əlbəttə, axsadığımız məqamlar, görəcəyimiz işlər çoxdur. Bunların hamısını bir toplanışda aradan qaldırmaq mümkün olmasa da, müəyyən hissəsini düzəltməyə çalışırıq. Şənbə günü kubok oyununa çıxacağıq. Çalışırıq səfərə qədər daha bir matç keçirək. Həm də bu oyun kubok görüşünün ertəsi gün olsun. Çünki San Marinoda 2 gün ərzində 2 oyun keçirəcəyik”.
Baş məşqçi AÇ-2025-in ilkin mərhələsindəki rəqibləri də dəyərləndirib: “Kosovo yığmasının oyununu görməmişik, ancaq şifahi də olsa, məlumatımız var. Fiziki baxımdan güclü rəqibdir, topla yaxşı oynayırlar. San Marinonun isə bir neçə oyununa baxmışıq. Onlar ötən həftə beynəlxalq turnirdə iştirak ediblər. Müəyyən qədər informasiyamız var. Düzdür, hər 3 oyunda uduzublar, lakin bu, zəif rəqib olması anlamına gəlmir. Ümumiyyətlə, bu gün futzalda zəif komanda, rəqib anlayışı yoxdur. Üstəlik, San Marino öz meydanında oynayacaq. Təqvimi də elə qurublar ki, onlar birinci matçdan sonra bir gün dincələcəklər. Amma Kosovo və biz ardıcıl 2 gün ərzində 2 görüş keçirəcəyik. Biz ora çatan gün San Marino - Kosovo oyunu olacaq. Bu görüşü canlı izləməyi düşünürük”.
Təcrübəli mütəxəssis komandanın qarşısına yaxşı nəticə qazanmaq tapşırığı qoyulduğunu bildirib: “Yaxşı hazırlaşırıq. Oyunlara qədər səhvlərimizi minimuma endirməliyik. Komandanın qarşısına yaxşı oynamaq və nəticə qazanmaq tapşırığı qoyulub. Çalışacağıq ki, Bakıya qrup lideri kimi dönək. Çünki növbəti mərhələyə ancaq qrup lideri olan komanda vəsiqə qazanacaq”.
Qeyd edək ki, U-19 AVRO-2025-in ilkin mərhələsində yanvarın 25-də Kosovo, ertəsi gün San Marino ilə qarşılaşacaq. Komanda bu məqsədlə yanvarın 10-dan etibarən təlim-məşq toplanışına başlayıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
10.11.2026
09.11.2026
























