11 Mart 2026, Çərşənbə
İran DÇ-2026-da iştirak etməyəcək
Berdıyevin cəzası azaldıldı
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD

Futzal

Futzal millimizin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
 
Futbolxeber.az saytına federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi Vitali Borisov komandaya 17 oyunçu dəvət edib:
 
Kamran Hacıyev, Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Fərid Abbasov, Murad Quluzadə (hamısı “Baku Fire”), Emin Kürdov, Novruz Kazıxanov, Emil Həsənzadə, Xəzər Ağalızadə (hamısı “Araz-Naxçıvan”), Fərid Atakişiyev, Ülvi Əliyev, Amir Şojaei (hamısı “Neftçi” İK), Qüdrət Qasımzadə, İlham Alıyev (hər ikisi U-19), Rövşən Hüseynli (“Atırau”, Qazaxıstan).
 
Aprelin 8-dən 12-dək baş tutacaq hazırlığın sonunda Gürcüstana aparılacaq yekun heyət müəyyənləşdiriləcək.
 
Qeyd edək ki, yığmamız aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan millisi ilə iki yoldaşlıq görüşü keçirəcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31