Futzal
Erməniləri “doqquzluğ”a göndərdiyimiz oyun LAYİHƏ
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsi çərçivəsində ilk 3 ay ərzində son yazısını təqdim edir. Bu dəfə Azərbaycan millisinin 9 il əvvəl Çexiyada qazandığı tarixi qələbədən - Ermənistan yığmasının 9:1 hesabı ilə diz çökdürülməsindən danışacağıq.
ÇRUDİM DÖYÜŞÜ
DÇ-2008-in seçmə mərhələsi öncəsi Azərbaycan millisinin baş məşqçi vəzifəsi daha əvvəl “Turan Air”də də çalışmış Andrey Yudin gətirildi. Rusiyalı mütəxəssis millimizin tarixində ilk baş məşqçi olub.
Püşkün nəticəsinə əsasən, DÇ-2008-in seçmə mərhələ oyunlarını Azərbaycan millisi Çexiyada keçirirdi. Rəqib isə meydan sahibləri, eləcə də Finlandiya və Ermənistan milliləri idi. İlk matçda yığmamız düşmən Ermənistanla üz-üzə gəlirdi. Yudinin baş məşqçi kimi rəsmi debütu məhz bu oyuna təsadüf edirdi.

2008-ci ilin 28 fevralına təsadüf edən Azərbaycan - Ermənistan matçı Çexiyanın Çrudim şəhərində keçirilirdi. Görüşə yüksək əhval-ruhiyyədə çıxan millimiz ermənilən daşını daş üstünə qoymadı.
ERMƏNİLƏR İKİNCİ HİSSƏDƏ TƏSLİM OLDULAR
Matça fəal başlayan başlayan komandamız artıq ikinci dəqiqədə hesabı açdı. Rəcəb Fərəczadə yığmamızı hesabda önə keçirdi. Lakin çox keçmədən ermənilər cavab qolunu vurmağa müvəffəq oldular. Mxitaryan status-kvonu bərpa etdi. 8-ci dəqiqədə Azərbaycan millisi yenidən hesabda önə keçdi. Bu dəfə Murad Xaybullayev fərqləndi. İlk yarı elə yığmamızın 2:1 hesablı üstünlüyü ilə tamamlandı.

Fasilədən sonra komandamız düşmən ölkə təmsilçisinin daşını daş üstə qoymadı. Vitali Borisov və Rüfət Balakişyevin hər biri 2 dəqiqəyə dubl etdilər. Fərəczadə də onlar kimi meydanı 2 qolla tərk etdi. Rizvan Fərzəliyev və Tofiq Mikayılovun qolları isə ermənilən 9:1 hesabı ilə darmadağın olunması demək idi. Bu, futzaldə millilər səviyyəsində ermənilərlə ilk və sonuncu qarşılaşmamız olub.
Azərbaycan - Ermənistan 9:1
Qollar: Rəcəb Fərəczadə, 2, 32; Murad Xaybullayev, 8; Vitali Borisov 22, 23; Rizvan Fərzəliyev, 27; Tofiq Mikayilov, 31; Rüfət Balakişiyev, 34, 35 - Mxitaryan, 6.

“UDUZSAQ, BAKIYA NƏ ÜZLƏ QAYIDACAĞDIQ?"
Həmin tarixi görüşdə hesabı açan Rəcəb Fərəczadə oyundan öncəki gecəni belə xatırlayır:
“Hamımız həyəcanlı idik. Mənim üçün ən çətin gecə idi. Səhərə qədər yatmamışdım. Həm qorxurdum ona görə ki, oyunumuz alınmaz, həm də yuxusuz qaldığıma görə var-gücümlə mübarizə apara bilməyəcəyimdən çəkinirdim. Halbuki, ən yüngül oyunlardan biri oldu. Tək mən yox, hər birimiz o həyəcanı keçirirdik, çünki bunun Bakıya qayıtmağı var idi. Uduzsaq, nə üzlə qayıdacağdıq? Sözlə izah etmək belə çətin idi. İndiyə qədər yadımdadı, səhər saat 6 idi, mən hələ yatmamışdım. Uzanırdım, qalxırdım, oyunu təsəvvürümdə canlandırmağa çalışırdım. Fikirləşirdim ki, birdən ilk olaraq biz top buraxsaq, oyunu çevirə bilərikmi? Yaxud, hesabda önə keçməklə üstünlüyümüzü qarantiya edə bilərikmi? Bakıdan çıxandan bütün yol boyu, yemək vaxtı, yatmazdan öncə əsas söhbətimiz ermənilərlə oyun barədə idi. Nə Çexiya, nə də Finlandiya gözümüzdə idi. Zaur Axundov başda olmaqla, hamımız məsuliyyətli yükün altına girmişdik”.

“OYUNDAN QABAQ ELƏ MOTİVASİYA VAR İDİ Kİ, BİZƏ HEÇ BAŞ MƏŞQÇİ DƏ LAZIM DEYİLDİ”
Oyunöncəsi bütün gərginliyə baxmayaraq, hər şey millimiz üçün yaxşı qurtardı. Fərəczadə də tarix yazdıqlarını bildirib:
“Allaha şükür olsun, o gün tarix yazdıq. Oyundan sonra elə bil ki, çiynimdən ağır yük götürüldü. Həm məsuliyyətdən azad olmuşduq, həm də nəticə qazanmışdıq. Sevindiricidi ki, erməniləri azərbaycanlılardan ibarət heyətlə yendik. Qolları da mən, Vitali, Rizvan, Tofiq, Rüfət, Murad vurduq. Ermənilərlə oyundan qabaq elə motivasiya var idi ki, bizə heç baş məşqçi də lazım deyildi. Demək istəyirəm, baş məşqçimizin rus olması bizə təsir göstərmdi. Oyuna çıxıb meydanın hər qarışı uğrunda vuruşmaq lazım idi ki, biz də belə etdik. Rəqib İtaliya deyildi ki, taktiki cəhətdən hazırlaşaq. Ən önəmlisi psixoloji cəhətdən hazır olmaq idi”.

“BİZİ ERMƏNİLƏRDƏN AYRI OTELDƏ SAXLAYIRDILAR”
Adətən bu tip turnirlərdəm seçmə mərhələ iştirakçıları eyni oteldə qalırlar. Amma bu dəfə təşkilatçılar Azərbaycan və Ermənistan yığmalarını fərqli otelə yetişdirmişdilər. Fərəclə söhbətimizin sonunda oyundan kənar məqamlara da toxunduq:
“Ermənilərlə eyni oteldə qalmırdıq. Bizi bir-birimizdən aralı saxlayırdılar. Yadımdadı ki, bizim olduğumuz Praqa şəhərindən 500 kilometr aralıdan bizə baş çəkməyə azərbaycanlı tələbələr gəlmişdi. Minik avtomobili ilə. Cavan uşaqlar idi, pulları-paraları da yox idi. Biz onlara kömək elədik, oteldə yanımızda saxladıq, həmrəy olduq. Sağ olsun o uşaqlar! Hələ də o oyunun iştirakçısı olduğuma görə qürur hissi keçirirəm. Karyeramda iki belə önəmli oyun olub. Biri ermənilərlə oyun idisə, o biri Barselonada kataloniyalılara uduzmamağımız və həmin qarşılaşmada qol vurmağımdı. Həqiqətən, tarixi matç idi”.

“RƏHBƏRLİK HƏRƏYƏ 5000 MANAT MÜKAFAT VERMİŞDİ”
Ermənilərin qapısına qol vuranlardan biri də hələ millidəki çıxışını davam etdirən Vitali Borisovdu. Tarixi qələbəni xatırlayan təcrübəli oyunçu aldıqları mükafatın məbləğini də açıqladı:
“Bu oyun həmişə xatırlanacaq. Görüşdən qabaq oyunçular və rəhbərlik çox həyəcan keçirmişdilər. Çünki çox mühüm qarşılaşma idi. Oyunun əvvəli əsəbi başladı və ilk hissə 2:1 hesabıyla xeyrimizə başa çatdı. İkinci yarı başlayan kimi iki erkən qol vurduq və bundan sonra hər şey daha asan oldu. Sonrasını təsəvvür edə bilərsiz: sevinc və mükafat. Nə qədər qazanmışdıq? Səhv etmirəmsə, rəhbərlik hərəyə 5000 manat mükafat vermişdi. Ancaq ermənilər üzərində qələbə mükafatdan daha şirin idi”.

“İNANMIRAM Kİ, BUNDAN SONRA KARYERAMDA BELƏ MƏSULİYYƏTLİ VƏ HƏYACANLI OYUN OLSUN”
Həmin gün qələbədə böyük pay sahibi olanlardan biri də Rüfət Balakişiyev idi. İkinci hissədə 34 və 35-ci dəqiqələrdə vurduğu qollarla dubl edən oyunçu unudulmaz matçı belə xatırlayır:
“Ermənilərlə oyun haqda nə deyə bilərəm? Məsuliyyətli, unudulmaz matça çıxmışdıq. Təbii ki, meydana təzyiq altında çıxmışdıq. Baxmayaraq ki, biz həmin oyuna çox yaxşı hazırlaşmışdıq. Onu deyim ki, mənim futbol karyeramda belə məsuliyyətli və həyacanlı oyun olmayıb və inanmıram ki, bundan sonra da olsun. Çətin də olsa, qalibiyyətin bizim tərəfimizdə olacağına inanırdıq. Zalda çoxlu sayda azarkeşimiz də var idi. Çexiyadakı tələbələrimiz bizə dəstək olmağa gəlmişdilər. Bu dəstəyin də bizə çox köməyi oldu”.

"ONLARA OLAN NİFRƏTİM DAHA ÇOX İDİ"
Düşmən ölkə təmsilçisi üzərində qələbə hər bir azərbaycan üçün prinsipial xarakter daşıyır. Lakin Rüfət üçün bu qarşılaşma ikiqat əhəmiyyət daşıyırdı:
“İlk hissədə çox qapalı oyun getdi. Baxmayaraq ki, qollar erkən vuruldu. Əvvəl biz hesabı açdıq, sonra onlar bərabərliyi təmin etdi. Ancaq 8-ci dəqiqəyə kimi yenidən hesabda önə keçdik. İlk hissə onları öyrənməyimizə, nəyə qadir olduqlarını bilməyimizə kifayət etdi. Fasilədən dərhal sonra ardıcıl qollarla onları “sındırdıq”. Bundan sonra oyun tam bizim üstünlüyümüz səraitində keçdi. İmkan düşdükcə rəqibi cəzalandırırdıq. Nəticədə 9:1 hesablı darmadağına imza atdıq. Onu da deyim ki, komandamızda yeganə oyunçu məndim ki, doğulduğum rayon işğal altındaydı. Bu səbəbdən mənim onlara olan nifrətim daha çox idi, qalib gəlmək üçün alışıb yanırdım. Yeganə istəyim düşmənimizə qalib gəlmək, həmçinin, qol vurmaq idi. Şükür, həmin oyunda mən 2 qol vurdum. Təsəvvür edirsiz, sevincimin həddi-hüdudu yox idi!”.

Hazırladı: İBRAHİM
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
21.10.2026
20.10.2026
19.10.2026
























