Futzal
Bakıda yazılan tarix, Kolumbiyada tarixi nəticə LAYİHƏ
Futbolxeber.az saytı qalib olduğu AFFA yanında Media Komitəsinin “Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsini davam etdirir. Bu dəfə Azərbaycan millisinin dünya çempionatının seçmə və final mərhəlindəki çıxışlarına yekun vuracağıq.
İLK DƏFƏ BAKIDA
Andrey Yudinin Azərbaycan millisindən ayrılmasından sonra baş məşqçi postuna Joze Alesio təyin edildi. Braziliyalı mütəxəssisin fəaliyyəti uğurlu alındı. Belə ki, Alesionun rəhbərliyi altında millimiz 2010-cu ildə tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazandı. Macarıstanda keçirilən qitə birinciliyində dördüncü yeri tutan millimizin növbəti hədəfi Avropa birinciliyinin ardınca dünya çempionatına da yüksəlmək idi.
DÇ-2012-nin seçmə mərhələ oyunlarına Bakı ev sahibliyi edirdi. Doğma divarlar amili millimizin qarşıya qoyulan çətin hədəfə çatmasına yardımçı olmalıydı. Amma qrupdakı rəqibləri güclü olması yığmamızın işini çətinləşdirirdi. Makedoniya istisna olmaqla, millimizlə bərabər Ukrayna və Xorvatiya da mundiala iddialı idi.
RUSİYA “SƏDD”İ KEÇİLMƏZ OLDU
Millimiz ilk oyununda Xorvatiya ilə qarşılaşırdı. 2011-ci ilin 15 dekabrında keçirilən görüş yığmamız üçün uğursuz alındı. Rəqibinə qarşı ciddi müqavimət göstərə bilməyən Alesionun komandası meydandan 1:3 hesablı yenilgi ilə ayrıldı. Bu yenilgi millimizin qrup qalibi olmasını xeyli çətinləşdirdi.
İkinci turda rəqibimiz qrupun aşkar autsayderi olan Makedoniya idi. Gözlənildiyi kimi, makedoniyalılarla oyun daha asan alındı. Yığmamız meydandan 7:1 hesablı qələbə ilə ayrılmaqla mundial şansını sona saxladı. İkinci turun digər matçında Xorvatiya millimizin ardınca Ukraynanı da məğlub edərək sonuncu turun nəticəsindən asılı olmayaraq qrup birinciliyini rəsmiləşdirdi. Düzdür, qrup ikinciləri kimi qaliblər də pley-offda qüvvəsini sıınayırdı. Lakin qrup qalibi olmağın üstünlüyü odur ki, pley-offa digər qruplarda ikinci olmuş kollektivıərdən biri ilə qarşılaşırsan. Bu isə nisbətən asan rəqib deməkdir.
Ukrayna ilə görüş millimiz üçün həlledici əhəmiyyət daşıyırdı. Çünki 2 turdan sonra hər iki komandanın hesabında 3 xal var idi və son turda qələbə qazancaq kollektiv qrup ikinci kimi pley-offa yüksələcəkdi.
Dekabrın 18-də keçirilən görüş millimiz üçün müsbət sonluqla yekunlaşdı. 4:2 qələbə qazanan Azərbaycan yığması qrup ikincisi kimi mundial şansını saxladı.
Lakin həlledici mərhələnin püşkü komandamız üçün uğursuz alındı. Yığmamız nəinki Avropanın, ümumilikdə dünyanın ən güclülərindən olan Rusiya ilə qarşılaşmalı idi. İlk oyun Bakıda keçirildi. Gərgin mübarizə şəraitində keçən matç Azərbaycan millisinin 2:3 hesablı məğlubiyyəti ilə tamamlandı. Cavab matçında isə qalib aşkarlanmadı - 2:2. Beləcə, millimiz mundialın 1 addımlığında mübarizəni dayandırdı.
PERESİN KOMANDASI TARİX YAZDI
DÇ-2016-nın seçmə mərhələsində artıq millimizə Tino Peres başçılıq edirdi. Mundialın seçmə mərhələ görüşlərinə qədər Azərbaycan yığması ispan mütəxəssisin rəhbərliyi altında Avropa çempionatında mübarizə aparmışdı.
Ötən il keçirilən mundialın seçmə mərhələ görüşlərini Azərbaycan yığması Xorvatiyada keçirirdi. Rəqiblərimiz isə meydan sahiblərindən əlavə İsveç və Belarus milliləri idi. İlk turda yığmamız skandinaviyalılarla üz-üzə gəldi. Matç Azərbaycan millisinin 8:2 hesablı qələbəsi ilə başa çatdı. Bir gün sonra Belarus da komandamız qarşısında aciz qaldı. İlk görüşlə müqayisədə yeganə fərq bu dəfə komandamızın 1 qol az vurması idi - 7:2.
2015-ci il dekabrın 15-də həlledici qarşılaşmada millimiz Xorvatiya ilə görüşürdü. Qələbə qazanan tərəf qrup qalibi olacaqdı. Oyunun məhz Xorvatiyada keçirilməsi komandamızın işini çətinə salırdı. Amma Peresin komandası rəqibə heç bir şans vermədi - 4:1. Bununla da qrup qalibi olan Azərbaycan millisi pley-offda digər qrupda ikinci olmuş kollektivlərdən biri ilə qarşılaşacaqdı. Püşkün nəticəsinə əsasən yığmamız Hollandiyaya rəqib oldu. “Narıncılar”la cütün taleyi demək olar k, elə səfər matçında həll olundu. Rəqib meydanında 5:1 hesablı qələbə qazanan yığmamız Bakıda görüşü formallığa çevrildi. Paytaxtımızda keçirilən matçda qalib aşkarlanmadı - 4:4. 2 oyunun nəticəsinə görə 9:5 hesablı qələbə qazanan Peresin komandası tarixi uğura imza atdı. Azərbaycan yığması tarixi ərzində ilk dəfə olaraq dünya çempionatına vəsiqə qazandı.
MİLLİMİZDƏ YENİ AD - MİLTİNYO
Kolumbiyada keçiriləcək dünya çempionatı öncəsi millimizdə gözlənilməz ayrılıq yaşandı. Yığmamızda tarix yazan Tino Peres şəxsi problemlərini əsas gətirərək baş məşqçi vəzifəsindən ayrıldı. Onu bu postda futzal aləmində kifayət qədər tanınan sima əvəzlədi. Söhbət Ziller Junior Milton Luiz və ya qısaca Miltinyodan gedir.
Braziliyalı mütəxəssisin rəhbərliyi altında millimiz mundialda püşkün nəticəsinə əsasən F qrupunda yer alırdı. Uğursuz püşk nəticəsində millimiz ən güclü qrupda qərarlaşmışdı. Çünki Azərbaycan yığması istisna olmaqla digər 3 komanda - İspaniya, İran və Mərakeşin hər biri öz qitəsinin çempionu idi.
VASSOURADAN TARİXİ QOL VƏ İLK QƏLƏBƏ
Mundialdakı ilk matçında millimiz Mərakeşlə qarşılaşırdı. Afrika çempionu ilə qarşılaşmanın ilk dəqiqələrindən üstünlüyə yiyələnən yığmamız yalnız 15-ci dəqiqədə rəqibin müqavimətini qıra bildi. Vassoura fərqlənməklə Azərbaycan futzalı tarixinə düşdü. Belə ki, tam adı Oliveira Villiams De Naskimento olan milliləşdirilmiş braziliyalı yığmamızın heyətində dünya çempionatında qol vuran ilk futzalçı oldu.
Vassoura qalan dəqiqələr ərzində dubl etdi. Everton Kardoso və Tiaqo Bolinhanın qolları isə görüşün yekun nəticəsini müəyyənləşdirdi - 5:0.

YARIMFİNALA BİR ADDIM QALMIŞDI...
Qrupdakı ikimci matçında millimiz İspaniyaya 2:4 hesabı ilə uduzdu. Son görüşdə isə rəqibimiz İran idi. Qrup ikincisi olmaq üçün həmin oyunda komandamıza heç-heçə də kifayət edirdi. Belə də oldu. 3:3 sayəsində Azərbaycan yığması 1/8 finala qrup ikincisi kimi yüksəldi. Bu mərhələdə isə rəqibimiz Tailand idi. 22 sentyabrda Medelində keçirilən qarşılaşma kifayət qədər məhuldar alındı. 21 qolun vurulduğu görüşün sonunda yığmamız 13:8 hesablı qələbə qazanmaqla adını planetin ən güclü 8 komandası arasına yazdırdı.
Yarımfinala gedən yolda millimiz Portuqaliya səddini aşmalıydı. Lakin bu, elə də asan deyildi. Söhbət təkcə rəqibin güclü olmasından getmir. Məsələ ondadır ki, Taylandla görüşdə yığmamızın 3 aparıcı üzvü cəzalı duruma düşmüşdü. Rövşən Hüseynli, Vassaura və Finoe asiyalılarla görüşdə üçüncü sarı vərəqələrini almışdılar.

Heyətdəki itkilərə baxmayaraq, yığmamız pirineylilərə qarşı tam gücü ilə mübarizə apardı. Lakin sonda yığmamızın bütün cəhdlərinə baxmayaraq, yenilgidən qaçmaq mümkün olmadı. 2:3 hesabı Azərbaycan millisinin yarımfinala gedən yolunu bağladı. Beləcə, yığmamız tarixində ilk dəfə qatıldığı turniri 1/4 finalda, mundialın beşincisi kimi başa vurdu.
Hazırladı: İBRAHİM
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
21.10.2026
20.10.2026
19.10.2026
























