4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

"Kəpəz" iki yoxlama oyunu keçirəcək

"Kəpəz"in milli komandaların beynəlxalq oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranacaq fasilə üçün planları müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, "sarı-göylər" sentyabrın 20-də ölkə çempionatında "Sumqayıt"la oyundan sonra 4 günlük istirahətə yollanacaqlar.

Sentyabrın 25-də klubun bazasına toplaşacaq futbolçular məşqlərini Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında davam etdirəcək. Baş məşqçi Azər Məmmədov oyunçuları yoxlama matçlarında da sınaqdan keçirəcək.

Bu məqsədlə oktyabrın 2-də iki oyun keçiriləcək. Komanda həmin gün saat 12-də Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması ilə qüvvəsini sınayacaq.

Saat 17-də isə rəqib I Liqa təmsilçisi "Gəncəbasar" olacaq. "Kəpəz"in məşqçi korpusu bütün futbolçuların oyununu izləmək üçün heyəti iki yerə ayıracaq. Hər iki qarşılaşma Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında baş tutacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30