31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Turan Tovuz” - “Zirə” oyununun biletləri satışa çıxarılıb

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçiriləcək “Turan Tovuz” - “Zirə” oyununun biletləri satışa çıxarılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Tovuz klubunun mətbuat xidməti açıqlama yayıb.

Qeyd olunub ki, birbilet.az saytından istəyiniz sektor və yeri seçməklə onlayn şəkildə biletləri əldə edə bilərsiniz. 

Qiymətlər sektora uyğun olaraq 2, 3 və 5 manat təşkil edir. 

Şəhid ailələri və qazilər onlar üçün ayrılmış sektora fiziki dəvətnamələri stadionuun kassasından ödənişsiz əldə edə bilərlər.  

Elektron bilet almaqda çətinlik çəkən azarkeşlər isə biletləri stadionun kassasından fiziki şəkildə əldə edə biləcəklər.  

Qeyd edək ki, stadiona giriş yalnız fiziki və ya onlayn biletin üzərində olan QR kodu oxutmaqla mümkün olacaq.

Xatırladaq ki, sentyabrın 19-da Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” - “Zirə” matçı 17:30-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31