30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

İsmail Taofik: “Hədəfimiz çempionluqdur”

“Hər matçda qalib gəlmək istəyirik. Bu matç da istisna təşkil etmirdi. Lakin yekunda 1 xalla kifayətlənməli olduq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın hücumçusu İsmail Taofik Azərbaycan Premyer Liqasının V turunda “Zirə”yə qarşı keçirilən oyun (1:1) barədə danışarkən deyib.

Nigeriyalı futbolçu məhsuldar ötürmə ilə yadda qalmasına belə münasibət bildirib: “Bu, normal haldır, mənim işimdir. Məqsədimiz qalib gəlməkdir. Təəssüf ki, ikinci qolu vura bilmədik. Hədəfimiz çempionluqdur. Buna görə də bütün matçlarda 3 xal qazanmaq istəyirik”.

“Məhsuldar ötürmə müəllifi olmağınız sayəsində sizi növbəti matçda start heyətində görə bilərikmi?” sualını İ.Taofik belə cavablandırıb: “Bu barədə bir söz deyə bilmərəm. Qərarı baş məşqçi verir. Mən məşqlərdə əlimdən gələni edirəm. İnanıram ki, tezliklə əsas heyət üzvü olacağam”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31