10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

“Turan Tovuz”dan etiraz: “Təzyiqlərlə üzləşirik

“Turan Tovuz” hakim səhvləri ilə bağlı açıqlama yayıb.

Futbolxeber.az saytı Tovuz klubunun etirazını olduğu kimi təqdim edir:

“Hörmətli “Turan” ailəsi!

Son vaxtlar həm meydanda, həm də yaşıl meydandan kənarda sistemli təzyiqlərlə üzləşirik. Təmiz qolumuz sayılmır, 5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq qapımıza gülünc penalti təyin olunur. Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk.

Klubumuza qarşı edilən haqsızlıqları həm siz – dəyərli azarkeşlərimiz, həm də futbol ictimaiyyəti aydın şəkildə görür.

Belə məqamlarda ən böyük gücümüz sizin dəstəyiniz və komandamızın ətrafında birliyimizdir. Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasınız.

“Turan” ailəsi olaraq mübarizəmizi birlikdə davam etdirəcəyik!” 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31