28 Sentyabr 2026, Bazar ertəsi
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub

Kiyev “Dinamo”su UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a uduzaraq avrokuboklarla vidalaşıb və tarixi antirekorda imza atıb. Paytaxt klubu ilk oyunda 1:0 hesabı ilə qalib gəlsə də, Bakıda 0:2 hesabı ilə məğlub olub.

Futbolxeber.az saytının Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, “Dinamo” sonuncu dəfə bu qədər erkən mərhələdə 2005/06 mövsümündə avrokuboklardan kənar qalmışdı. Həmin vaxt Kiyev təmsilçisi İsveçrənin “Tün” klubuna uduzmuşdu.

Bundan sonra “Dinamo” hər mövsüm ən azı avrokubokların pley-off mərhələsinə qədər irəliləyirdi. Bu seriya “Qarabağ”la oyunlardan sonra başa çatıb.

Bundan başqa, “Dinamo” 1992-ci ildən bəri ilk dəfə ilk matçdan sonra üstün olduğu halda iki oyunluq qarşıdurmada mübarizəni dayandırıb. Buna qədər belə 11 cütün hamısında Kiyev klubu mərhələ adlamışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30