12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Tvente” “Qarabağ”a rəqib oldu

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”suna 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. İlk görüşdə Ukrayna klubu 1:0 hesabı ilə qalib gəlmişdi.

Qurban Qurbanovun komandası pley-offda Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq.

Enshede təmsilçisi 3-cü təsnifat mərhələsində Slovakiyanın DAK-1904 klubunu mübarizədən kənarlaşdırıb. Niderland təmsilçisi ilk matçda 6:0 hesabı ilə qalib gəlib, cavab görüşündə isə 3:3 hesablı heç-heçə edib.

“Qarabağ” pley-off-da ilk oyunu səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin ilk matçları avqustun 20-də, cavab görüşləri isə 27 avqustda keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30