Ölkə futbolu
Qurban Qurbanov: “Vacib qələbə qazandıq”
“Gərgin, stresli oyun idi. Bəzi dəqiqələri çıxmaq şərtilə futbolçular oyunun içində oldular. Qarşımızda uduzmaq istəməyən rəqib var idi. Topla da, topsuz da düzgün şeylər etdik. Vacib qələbə qazandıq. Azarkeşlərə təşəkkür edirəm. Sanki keçən ilki ÇL-in qrupundakı ab-hava, birlik bu gün də stadionda var idi. Rəqibə də uğurlar arzulayıram. Bizim üçün bu cür rəqiblə oynayıb, qalib gəlmək xoş oldu. "Dinamo"ya Bakıda azarkeşlik edən çox adam var. Biz özümüz də uşaq vaxtı azarkeşlik etmişik onlara".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”sunu 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Daha sonra mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Rəqib baş məşqçi dedi ki, "Qarabağ" imkanlardan yararlandı deyə qalib gəldi. Birinci oyunla ikinci matç arasında hansı fərqlər var idi?
- Çox fərq var idi. Burada həm daha aktiv idik, pressinqlərimiz daha düzgün alınırdı, topla daha düzgün, tez davranırdıq. Rəqibi topsuz qoymağa çalışırdıq. İkinci hissədə bəzi dəyişikliklər oldu. Bu cür istidə 90 dəqiqə eyni tempi saxlamaq mümkün deyildi. Hazırlaşdığımız çox şey var idi, onu da gördük. Dəyişiklik mən tərəfdən var idi.
- Mateuş Koxalskinin ehtiyatda qalması nə ilə əlaqədardır?
- Oyunu qane edir. Ayrılmağı ilə bağlı da heç bir fikir, danışıq yoxdur. Sadəcə bəzi yazılar var idi. Amma elə şey yoxdur. Futbolçulara bəzən istirahət daha faydalı olur. Martin Zlomisliç də özünü yaxşı tərəfdən göstərdi. Koxalskinin getməsi barədə heç nə yoxdur. Martinin oynamasının risk olduğunu düşünənlər ola bilərdi, amma mən belə düşünmürdüm.
- Ən razı qaldığınız oyun "Dinamo"ya qarşı bu gün oldu?
- Qalibiyyət olanda, həmişə daha çox razı qalırsan. Amma birinci iki matçda da yaxşı oyunumuz var idi. Həm Bakıdakı, həm də səfərdəki görüşdə. Amma daha xarakterli, daha döyüşkən matç Sofiyada idi. 120 dəqiqədə daha bərk, daha möhkəm idik. 120 dəqiqədə dözdük. Hər oyunun öz dəyəri, öz keyfiyyəti var. Qalibiyyət bəzən çox şeyi üstələyir. Daha yaxşı oynayıb, daha yaxşı nəticə istəyirdim. Get-gedə yaxşılığa doğru çox şey olacaq.
- "Tvente"yə qarşı necə oynamalısınız?
- "Tvente"nin oyununa baxmamışam. Sadəcə qollara baxmışam, hansı ki, 6:0 qalib gəlmişdilər. Yaxşı qollar vurdular. Sırf Niderland futbolu qolları idi. İlk qrup mərhələsinə bu rəqibi məğlub edərək düşmüşük. Topa nəzarət etməyi bacaran kollektivdir. Ola bilər ki, bu matçda daha çox düşünməli olacağıq. Daha çox hərəkətli olmaq lazım gələ bilər. Hazırlaşmaq üçün vaxtımız olacaq.
- Elvin Cəfərquliyev zədədən sonra meydana gec qayıtdı, Zubir də əvəzlənəndə Lobato meydana gec daxil olmalı oldu... Yeni qaydalar haqda fikriniz necədir?
- Birinci epizod elədir ki, qaydadır, bir dəqiqə kənarda gözləməlisən. Elvində ağrılar oldu. İkinci epizodda isə cüzi saniyələr var idi. Belə anları hakimlər də başa düşməlidir, gərgin, isti havadır. Baxdım Zubirə, gördüm ki, yanımdadır, tez gəldi. Normal haldır. Belə hallar çox olacaq. Aut atışı, qapıçı topu başlayanda... Hələ tam hamı formalaşmayıb...
- Zlomisliçin meydana buraxılması riskli qərar oldu. Onun oynunu necə qarşılayırsınız?
- Risk etməyən qəhrəman olmaz. Risk deyildi, sadəcə Martin təcrübəli qapıçıdır. "Riyeka" ilə avrokuboklarda oynayıb. Ən azından dünya çempionatında oynamasa da, orada olub, futbolu hiss edib. Təcrübəsi ilə bağlı narahatçılığım yox idi. Olsaydı, buraxmazdıq.
- Elvin Cəfərquliyev deyib ki, bir neçə müddət asfaltda məşq etmişəm. Elvin şıltaqlı dövrünü geridə qoyub?
- Bəlkə daha çox asfaltda məşq etmək lazımdır ki, düzəlsin. Asfatlda məşq etməyib, məncə... Bəlkə fərdi məşq edib, bilmirəm. Faydası olacaqsa, tez-tez asfalta göndərərik (gülür).
- "Sabah"ın şanslarını necə dəyərləndirirsiz? "Qarabağ"la "Sabah" rəqabəti çempionatımıza nə verəcək?
- "Sabah"a uğurlar arzulayıram. Bu cür komandalar, belə nəticələr olmasa, futbol inkişaf etməz. Bu gün ÇL-in pley-off mərhələsində çıxmaq böyük uğurdur. Digər tərəfdən həm oyun, həm də nəticə çox cəlbedicidir. Dəfələrlə demişəm ki, "Sabah" çox planlı şəkildə işini qurub, gələcəyi düşünərək. Bu, ancaq bizə motivasiya verir, həm də digər koamandalara. Həm də ki, Azərbaycan futboluna böyük inam verir. Əgər biz şansımızdan istifadə etdiksə, ÇL, Avropa Liqasında qruplarda oynadıqca, "Sabah" bunu təkrarlayırsa, “Qəbələ" və "Neftçi" illərlə davam etsəydi, digər klublar daha inamlı olacaqdılar. Sponsorlar daha tez cəlb olunacaqdılar. Bu gün bu nəticələr varsa, həm Azərbaycanda futbola belə maraq varsa... "Sabah"ın cavab oyununda stadion dolu idi. Digər klublar da buna görə həvəslənir. Təşəkkür edə bilərik buna görə onlara, rəhbərliyinə, belə iş qurduqlarına görə. Uduza da bilərik, uda da bilərik. Əsas odur futbolumuz canlansın. "Sabah" inşallah inamla gedir. ÇL-ə düşərlər. Biz də düşsək, iki komanda daha maraqlı olar. Tez-tez Avropa oyunu izləmək hamı üçün təcrübə olacaq. "Sabah" rəhbərliyinə təşəkkür edirəm ki, belə fikirlər söyləyiblər.
- "Sabah" və "Qarabağ" eyni vaxtda evdə oynayacaq, 1-2 gün ara ilə. Stadionun yüklənməsi sizi narahat edir?
- Bu gün də narahat edir meydança. Şükürlər olsun ki, hələ belə saxlayıblar. Əvvəllər daha pis durumda olurdu. Komandalarla da, stadionla dil tapacağıq. Təki belə problemlərimiz olsun.
- "Qarabağ"ın Konfrans Liqasında şanslarını necə dəyərləndirirsiz?
- Şanslar var. Bəzən istədiyim dəyişiklikləri edə bilmirdim. Hər mövqe üçün oyunçu istəyirik, müdafiə xəttinə, hücum xəttinə. Maksimum 1 oyunçu transfer etmək istəyirik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























