8 Sentyabr 2026, Çərşənbə axşamı
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

“Dinamo”nun baş məşqçisi: “Qarabağ” bütün imkanlardan maksimum yararlandı”

"Qarabağ" UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşündə Kiyev "Dinamo"sunu 2:0 hesabı ilə üstələyərək pley-offa yüksəlib.

Futbolxeber.az saytının məlumatına görə, "Dinamo"nun baş məşqçisi İqor Kostyuk matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ" nəyi dəyişdi ki, nəticə fərqli oldu?

- "Qarabağ" bütün imkanlardan maksimum yararlandı.

- Marko Yankoviçin səhvindən sonra komandanızın futbolçusu əla epizoddan istifadə edə bilmədi. Buna sərt reaksiya verdiniz...

- İkinci hissə təşəbbüs bizdə idi. Üç real qol imkanımız oldu. Amma ola bilsin ki, uğursuzluq oldu deyə, fürsətlərdən yararlana bilmədik.

- "Qarabağ"a qarşı hava toplarından daha çox istifadə edirdiniz. Bu, "Qarabağ"ın hava toplarında zəif olması ilə əlaqədar idi, yoxsa başqa variantınız yox idi?

- Komanda ilk dəqiqələrdə daha çox aqressiv oynayırdı. Topu nəzarətdə saxlamağa çalışırdıq. Daha çox Ponomarenkaya güvənirdik. Əlimizdən gələni edirdik ki, topa nəzarət bizdə olsun.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30