31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Marko Yankoviç: “Kədərlənməyə vaxtımız yoxdur”

"Əlbəttə, nəticədən razı deyilik. Amma bu da futbolun bir parçasıdır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç deyib.

"Anewz TV"yə açıqlama verən monteneqrolu yarımmüdafiəçi Bolqarıstanda ÇSKA-ya penaltilər seriyasında uduzduqları UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra fikirlərini bölüşüb:

"Bəzən daha yaxşı oynasan belə, qələbə qazana bilmirsən. Mən demirəm ki, bu oyunda biz rəqibdən üstün idik. Sadəcə, futbolda belə hallar olur. İndi oyunu təhlil edib hansı məqamları yaxşılaşdırmalı olduğumuzu müəyyənləşdirməliyik. Şübhəsiz ki, oyunumuzda daha yaxşı etməli olduğumuz cəhətlər var".

Yankoviç komandanın diqqətini növbəti matçlara yönəltməli olduğunu bildirib:

"Amma dediyim kimi, başımızı aşağı salmamalıyıq. Kədərlənməyə vaxtımız yoxdur. Qarşıda bizi yeni oyunlar gözləyir. Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq üçün mümkün qədər tez hazırlaşmalıyıq".

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31