Ölkə futbolu
Eren Aydın: “Mübarizəni dayandırmağa layiq deyildik”
“Zirə”nin hücumçusu Eren Aydın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Payde”yə (Estoniya) qarşı keçirilən cavab oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Futbolun bu tərəfi çox pisdir. Saysız qol epizodları yaratdıq. Xeyli şansı boşa verdik. İki topumuz da dirəkdən qayıtdı. Top qapıdan keçmək istəmirdi. Səfərdəki oyunda da bu cür halla üzləşmişdik. Çox yaxşı futbol sərgiləsək də, qismətimiz bu imiş. Artıq edə biləcəyimiz bir şey yoxdur. Bundan sonra ölkə çempionatına köklənməliyik.
- Avrokuboklarda “Turan Tovuz” iştirak etməli idi, sonradan onları siz əvəzlədiniz. Demək olar ki, “Zirə” buna hazır deyildi?
- Bir qədər hazırlıqsız yaxalandıq demək olar. Lakin yaxşı təlim-məşq toplanışı keçmişdik. Ötən mövsümlə müqayisədə çox yaxşı futbol sərgilədiyimizi düşünürəm. Rəqibin iki zərbəsi var idi və biri qol oldu. Mübarizəni dayandırmağa layiq deyildik. Buna əminəm. İstənilən halda rəqibi təbrik edirəm. Güclərinə uyğun mübarizə apardılar.
- Əvəzlənməyiniz nə ilə əlaqədar idi? Özünüz istədiyiniz, yoxsa...
- Futboldur bu. Bir qədər ola bilər yorğun idim. Əvəzlənməyim baş məşqçinin qərarı idi və buna hörmətlə yanaşıram.
- Oyunun sonunda top rəqibin əlinə dəysə də, penalti təyin olunmadı. Ümumilikdə hakim idarəçiliyini necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, hakim oyunun əvvəlindən lazım oldu-olmadı fitini səsləndirirdi. Rəqibə toxunan kimi referi fit verirdi. Son epizodda da top dirədəyə dəydiyi üçün hakim əllə oyuna görmədi. Halbuki biz hamımız ehtiyat oyunçular skamyasından topun rəqib futbolçunun əlinə dəydiyini gördük. VAR olmadığı üçün penalti təyin edilmədi. Hakimin qərarına hörmətlə yanaşmaq lazımdır.
- Sizin dirəyə dəyən topunuz qapıdan keçsəydi, hər şey fərqli ola bilərdi?
- Mən həmin epizodda qol olduğunu zənn etdim. Sevinməyə hazırlaşırdım. Lakin sən demə, top qapıdan keçmədi. Təbii ki, qol olsaydı, 2:0 önə keçəcəkdik. Bu da böyük üstünlük demək idi. Ondan başqa da, 2-3 real qol epizodumuz oldu. Təəssüf ki, dəyərləndirə bilmədik.
- Əlavə vaxta, penaltilər seriyasına hazır idiniz?
- Əslində biz məsələni 90 dəqiqədə həll etməyi düşünürdük. Amma olmadı. 1:0 öndə olarkən də xeyli qol epizodunu qaçırdıq. Futbolda belə hallar olur.
- Ölkə çempionatının startına təxminən iki həftə qalıb. Avrokuboklarla erkən vidalaşmağınız komandada psixoloji gərginlik yaratmayacaq?
- Təbii ki, hamımız çox üzgünük. Çünki rəqibi keçəcəyimizə inanırdıq. Bəxtimizə bizdən heç də güclü olmayan rəqib düşmüşdü. Artıq irəli baxmalıyıq. İki həftə vaxtımız var. Bu müddətdə yaxşı çalışmalı və çempionata köklənməliyik. Hədəfimiz çempionatda ilk üçlüyə düşmək olmalıdır. Hamı bunun üçün əlindən gələni etməlidir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
09:00
“Araz-Naxçıvan” “Zirə”ni, “Qəbələ” “Qarabağ”ı qəbul edir
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
31.10.2026
30.10.2026
29.10.2026
























