31 Oktyabr 2026, Şənbə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

“Qarabağ” “Dinamo”nu keçsə, pley-offdakı mümkün rəqiblər məlumdur

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA klubuna penaltilər seriyasında uduzan “Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Futbolxeber.az saytının məlumatına görə, Qurban Qurbanovun komandası Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşacaq.

İlk oyun avqustun 6-da Ukrayna təmsilçisinin ev matçlarını keçirdiyi Polşanın Lyublin şəhərində, cavab görüşü isə avqustun 13-də Bakıda təşkil olunacaq.

Konfrans Liqasının pley-off mərhələsinin püşkatması isə bu oyunlardan əvvəl – avqustun 3-də keçiriləcək.

haqqin.az saytı yazır ki, “Qarabağ”ın yüksək klub reytinqinə (42.750) görə “Dinamo” - “Qarabağ” cütü səpələnmişlər sırasında yer alacaq.

“Qarabağ” Kiyev klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə pley-offda bu komandalardan biri ilə qarşılaşa bilər:

“Hetafe” (İspaniya)

“Riyeka” (Xorvatiya) - “İlves” (Finlandiya)

ÇFR (Kluj, Rumıniya) - “Tromsö” (Norveç)

HİK (Finlandiya) - “Moteruell” (Şotlandiya)

“Tvente” (Niderland) - DAK 1904 (Slovakiya)

RFS (Latviya) - “Yablonets” (Çexiya)

“Brann” (Norveç) - “Apollon” (Kipr)

“Jalgiris” (Litva) - “Hayduk” (Xorvatiya)

“Şkendiya” (Şimali Makedoniya) - “Hibernian” (Şotlandiya)

“Avstriya” (Avstriya) - “Beytar” (İsrail)

GKS (Katovitse, Polşa) - “Hapoel” (Tel-Əviv, İsrail)

“Vaduts” (Lixtenşteyn) - “İnter” (Finlandiya)

“Norşellann” (Danimarka) - “Valyur” (İslandiya)

“Auda” (Latviya) - “Dinamo” (Tirana, Albaniya)

Avropa Liqasının 3-cü təsnifat mərhələsində bu cütlüklərin məğlubları:

“Benfika” (Portuqaliya) - “Harts” (Şotlandiya)

“Beşiktaş” (Türkiyə) - “Hradets-Kralove” (Çexiya)

“Ferensvaroş” (Macarıstan) - “Qurnik” (Polşa)

“Makkabi” (Tel-Əviv, İsrail) - ÇSKA (Bolqarıstan)

Beləliklə, püşkdən asılı olaraq “Qarabağ” pley-offda yenidən ÇSKA ilə qarşılaşa bilər.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31