30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

“Kəpəz”in İdarə Heyətinin sədri Niyazi Bayramovla görüşüb

"Kəpəz" Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin yeni sədri Anar Abdullayev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.

Futbolxeber.az saytının məlumatına görə, görüşdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin bütün sahələrində olduğu kimi, idmanın inkişafını da daim diqqət mərkəzində saxladıqları vurğulanıb. Qeyd edilib ki, məhz bu diqqət və qayğının sayəsində Gəncədə müasir futbol stadionu inşa olunub. Bu idman infrastrukturu gələcəkdə "Kəpəz" futbol klubunun ev oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq.

Niyazi Bayramov Anar Abdullayevi "Kəpəz" PFK-nın İdarə Heyətinin sədri seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Anar Abdullayev isə öz növbəsində şəhər rəhbərinə üzərində Niyazi Bayramovun adı yazılmış klubun idman formasını hədiyyə edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31