4 Noyabr 2026, Çərşənbə
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Ölkə futbolu

Zaur Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”

“İnter”in (indiki “Şamaxı” - red.) sabiq baş məşqçisi Zaur Svanadze UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” ilə “Torpedo” (Gürcüstan, Kutaisi) cütlüyünü dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, o, azerisport.com-a müsahibəsində maraqlı qarşılaşmaların baş tutacağını bildirib.

- “Zirə” - “Torpedo” cütü haqqında nə düşünürsünüz?

- Yaxşı və maraqlı cütdür. Bizi iki maraqlı oyun gözləyir.

- Hazırkı “Torpedo” necə komandadır?

- Gürcüstan çempionatının maliyyə baxımından ən güclü klublarından biridir. Legionerlər və yerli futbolçulardan ibarət yaxşı heyət qurublar, hücumameyilli futbol oynamağa çalışırlar. Komandaya artıq ikinci mövsümdür ki, alman mütəxəssis Dirk Suster rəhbərlik edir.

- “Zirə”nin oyunlarını izləyirsiniz?

- Bəli, imkan olduqca bizim futbolçuların çıxış etdiyi matçlara baxıram. Rəşad Sadıqovun komandasının oyun üslubu xoşuma gəlir. Gürcü futbolçular komandada qalıblar?

- Bəli, Giorgi Papunaşvili və Davit Volkov komandadadırlar.

- Əla. Azərbaycan çempionatında onlara azarkeşlik edirəm. Ümumiyyətlə, Premyer Liqada çıxış edən bütün gürcü futbolçulara dəstək oluram.

- “Torpedo”nun liderləri yerli futbolçulardır, yoxsa legionerlər?

- Liderlik yerli oyunçuların əlindədir. Komandanın ən yaxşı futbolçularından biri Giorgi Arabidzedir. Boyca balacadır, amma çox sürətli və texnikalı futbolçudur. Bundan başqa da güclü oyunçular var.

- Gürcüstan çempionatında mövsümün qızğın vaxtı olması “Torpedo” üçün nə dərəcədə üstünlükdür?

- Kiçik üstünlük onların tərəfində olacaq. Komanda artıq formaya düşüb, hazırda dördüncü pillədədir və liderlərdən çox geri qalmır. Üstəlik, uzağa uçmağa da ehtiyac olmayacaq (gülür). “Zirə” isə hələ hazırlıq prosesindən keçməlidir.

- Bu cütlə bağlı proqnozunuz nədir?

- Kimin növbəti mərhələyə yüksələcəyini proqnozlaşdırmaq çətindir. Hər iki komanda yaxşıdır. Düşünürəm ki, şanslar demək olar bərabərdir. “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir. Azarkeşlər matça böyük maraq göstərəcəklər.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30