Ölkə futbolu
AFFA, bir təbrikə dəymədi?
2 gün əvvəl Azərbaycan minifutbol millisi növbəti dəfə tarix yazdı. Yığmamız Slovakiyada keçirilən Avropa çempionatının qalibi oldu. Bu, millimizin tarixində ikinci Avropa çempionluğudur. Minifutbol millimizin bu uğuru ölkədə 7-dən 77-yə hər kəsi sevindirdi.
Sırf idman tərəfindən yanaşsaq, başda Gənclər və İdman Nazirliyi olmaqla, bir çox idman qurumları sosial şəbəkə hesabları vasitəsi ilə Azərbaycan Minifutbol Federasiyasını, yığmamızı bu tarixi uğur münasibəti ilə təbrik etdilər. Qəribədir ki, bircə AFFA-dan təbrik gəlmədi. Halbuki digər federasiyalardan öncə məhz AFFA minifutbol millimizi təbrik etməli idi.
Bu biganəlik bir çox suallar yaradır. Görəsən, AFFA minifutbol millimizin bu uğuruna paxıllıq edir, yoxsa qısqanır? Çünki bunun başqa adı yoxdur. Necə ola bilər ki, ölkədə futbola cavabdeh olan qurum Avropa çempionu olan minifutbol yığmasını təbrik etməsin? Başa düşürük, neçə gündür futbol millimiz dünya reytinqində 161-ci yerdə olan Malta ilə “ölüm-dirim savaşı”na yox, adi bir yoxlama oyununa hazırlaşırdı. Amma baş nə qədər qarışıq olsa da, bir təbrikə vaxt tapmaq mümkün idi.
Əslində, mən AFFA rəsmilərini Bratislavada keçirilən Avropa çempionatının final matçında görəcəyimizi düşünürdüm. Çünki bir neçə gündür futbol millimiz Avstriyada təlim-məşq toplanışındadır. Yığmamızın məskunlaşdığı yerdən Slovakiya paytaxtına olan məsafə isə maksimum 60-70 km idi. Hər halda sıravi azərbaycanlılar minifutbol millimizi dəstəkləmək üçün 300-400 km məsafə qət edib Avropanın müxtəlif şəhərlərindən "Tipos Arena"ya təşrif buyurursa, AFFA niyə özünə əziyyət verməsin? Lakin AFFA rəsmiləri nəinki özlərinə əziyyət verib Bratislavaya getdilər, quru bir təbriki belə minifutbol millimizə çox gördülər. Təbii ki, Minifutbol Federasiyasının, yığmamızın o təbrikə heç ehtiyacı da yoxdur. Amma necə deyərlər, iş sosiskada deyil, “vnimatelni” olmaqdadır.
Minifutbol millimizə qarşı bu ögey münasibətin adı, səbəbi nədir? Görünür, AFFA artıq minifutbol millimizin uğurlarını həzm edə bilmir və bunu aşkar şəkildə büruzə verməyə başlayıb. Çünki minifutbol millimizin hər uğurundan sonra bu kollektiv futbol yığmamızla müqayisə olunur. Tərəzinin hansı gözünün ağır gəldiyini isə, məncə, deməyə heç ehtiyac da yoxdur. Minifutbol Federasiyasının gördüyü işlər, 4 ildə qazanılan 2 Avropa və 1 dünya çempionluğu AFFA-nın üzünə vurulan sərt şillədir. Bütün bunların müqabilində isə AFFA kinini açıq şəkildə büruzə verir... millimizi təbrik etməməklə...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
-
16:03
Cüdo Federasiyasının Hakimlər Komitəsinin təşkilatçılığı ilə praktiki seminar keçirilib
-
15:51
Emrah Çelikel: “Bunu doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq”
-
15:37
Qız cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışında iştirak ediblər
-
15:22
AMADA boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb
-
14:45
Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib
-
14:00
9 klub İkardini heyətində görmək istəyir: siyahıda “Beşiktaş” da var
-
13:14
17 yaşlı istedad PSJ, “Çelsi” və “Mançester Siti”nin hədəfində
-
12:38
Milli Qəbələ toplanışında
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
II Liqa matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
11:09
“Şahdağ Qusar” - “Səbail” oyununun hakimləri məlum oldu
-
10:41
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
-
10:17
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışda
-
09:52
"Trabzonspor" "Beşiktaş"ı məğlub etdi VİDEO
-
09:30
Toral oynadı, komandası qalib gəldi
-
19:03
“Ehtiram Quliyev "Turan Tovuz"dan getsə, mən də gedəcəm”
-
18:49
Həsən Zeynalov: “Sabah Azərbaycan voleybolu üçün böyük bayram olacaq”
-
18:37
Tovuz Çempionlar Liqasının oyununa hazırdır
-
18:21
Şirvanda qalib aşkarlanmadı
-
17:14
"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub
-
17:00
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir
-
16:42
Asif Məmmədovdan 18 ilin rekordu
-
16:16
“Qarabağ” və ASA birgə tədbir keçirdi FOTOLENT
21.10.2026
20.10.2026
19.10.2026
























