25 Noyabr 2026, Çərşənbə
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu
Andrey Arşavin Bakıya gəlib
“Sumqayıt” Murata ilə vidalaşdı

Ölkə futbolu

Metyu 2 oyunluq cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan Premyer Liqasının son - 33-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Sumqayıt” - “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “gənclik şəhəri” təmsilçisi 2500 manat cərimələnib.

Bu matçda “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 8000 manat cərimə edilib.

“Kəpəz” - “Neftçi” oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” 700 manat cərimələnib.

Həmin görüşün 65-ci dəqiqəsində “Neftçi”nin 18 nömrəli futbolçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyunluq cəzalandırılıb. “Neftçi” isə 1000 manat cərimələnib. Sınaq müddəti 6 ay təyin edilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30