9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Azarkeş sayında “Qarabağ” 1-ci, “Neftçi” 2-ci, “Sumqayıt” 3-cü oldu

Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün oyunlarını 285 min 778 tamaşaçı izləyib.

Futbolxeber.az saytının PFL-ə istinadən verdiyi məlumata görə, nəticəsi ləğv olunan “İmişli” - “Sumqayıt” matçı  nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.

Ən çox seyrçi XXVIII turun “Qarabağ” - “Sabah” görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub.

Bu komandaların eyni arenada baş tutan XXII turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.

Ən çox izləyici toplayan iki matçın ev sahibi olan “Qarabağ” öz meydanındakı matçlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.

“Neftçi” tamaşaçı sayında 2-ci yeri tutub - 44 min 693 (orta göstərici – 2793). İlk “üçlüy”ü “Sumqayıt” qapayıb - 39 min 560 (orta göstərici - 2473)

“Turan Tovuz”ın oyunlarını orta hesabla     2159, “Karvan-Yevlax”da 1611, “Sabah”da 1390, “Şamaxı”da 1068, “Kəpəz”də 822, “Zirə”də 726, “Qəbələ”də 604, “İmişli”də 485, “Araz-Naxçıvan”da isə 219 azarkeş izləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31