25 Noyabr 2026, Çərşənbə
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu
Andrey Arşavin Bakıya gəlib
“Sumqayıt” Murata ilə vidalaşdı

Ölkə futbolu

Berdıyev: “Azərbaycanda çox istedadlı uşaqlar var”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdyev Dağıstandakı Azərbaycanın və Dağıstanın gənc futbolçular barədə fikirlər səsləndirib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə o, Rusiyanın “Cappuccino & Catenaccio Show” podkastına müsahibəsincə danışıb.

73 yaşlı mütəxəssis deyib ki, Dağıstandakı istedad səviyyəsi onu heyrətləndirib:

“Dağıstandakı qədər istedadlı uşaqlar görməmişəm. Onların xarakteri genetik olaraq formalaşıb. Hansı mövqedə oynamasından asılı olmayaraq, artıq hazır peşəkarlardır. Təsadüfi deyil ki, dünyanın ən yaxşı güləşçiləri oradan çıxır”.

Təcrübəli məşqçi Azərbaycandakı futbolçular barədə də müsbət danışıb: “Mən Azərbaycanda əvəzedici komandaların oyunlarını xüsusi izlədim. Burada çox istedadlı uşaqlar var. Sadəcə, bu gənclərin itib-batmaması üçün sistem lazımdır”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30