10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Aydın Bayramov: “Güclü olan mübarizədən qalib ayrılır, əsas ruhdan düşməməkdir”

“Üzücü məğlubiyyət oldu. Düzdür, qarşılaşma bol qollu alındı. Yəqin ki, azarkeşlər oyunu bəyəndilər”.

QOL.az saytına müsahibəsində bu sözləri “Zirə”nin qapıçısı Aydın Bayramov Azərbaycan Premyer Liqasının sonuncu – 33-cü turunda “Araz-Naxçıvan”a 2:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.  

Məğlubiyyətə baxmayaraq, o, qarşılaşmanın tempinin yüksək olduğunu qeyd bildirib: “Turnir cədvəli baxımından matçın önəmi yox idi. Bununla belə, mövsümün son matçı olduğu üçün qalib gəlmək istəyirdik. Oyun gedə-gedə də hiss edirdin ki, temp yüksəkdir. Sanki avrokubok matçı idi”.

30 yaşlı qolkiper mövsümü “Zirə” üçün belə dəyərləndirib: “Avrokuboklardan kənarda qaldıq, hədəfimizə çata bilmədik. Kuboku qazanmağa da çox yaxın idik. Təəssüf ki, finalda üzücü məğlubiyyət aldıq. Buna baxmayaraq, ümumi götürdükdə mövsümü uğurlu saymaq olar”

A.Bayramov çempionatın səviyyəsindən də söz açıb: “Hər il deyirik ki, bu, ən maraqlı mövsüm idi. Bu il də həqiqətən mövsüm maraqlı, gərgin keçdi. İndi bir ay istirahətimiz olacaq. İnanıram ki, hər şey yaxşı olacaq”.

“Zirə”nin qapıçısı legioner limitinin ləğvinə də toxunub: “Limitin ləğvindən sonra yerli futbolçuların az şans qazanması normaldır. Bu, bütün dünya futbolunda var. Güclü olan mübarizədən qalib ayrılır. Əsas ruhdan düşməməkdir”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31