9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Rüfət Abbasov: “Şamaxı”nın formasını daşımaq qürur idi”

Millimizin müdafiəçisi Rüfət Abbasov “Şamaxı”dan ayrılmasına münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

“Şamaxı” Futbol Klubunun ailəsində keçirdiyim bu iki il mənim üçün sadəcə futbol deyil, həm də böyük təcrübə və unudulmaz xatirələr oldu.

Mənə güvənən, inanan və hər zaman dəstək olan klub rəhbərliyinə, məşqçilər heyətinə, komanda yoldaşlarıma və bütün klub ailəsinə səmimi təşəkkürümü bildirirəm. Burada qazandığım hər anı və öyrəndiyim hər şeyi özümlə aparıram”, - deyə o bildirib.

21 yaşlı müdafiəçi azarkeşlərə də təşəkkür edib:

“Eyni zamanda, hər oyunda yanımızda olan, yaxşı və çətin günlərdə dəstəyini əsirgəməyən azarkeşlərə xüsusi təşəkkür edirəm. Sizin sevginiz və dəstəyiniz mənim üçün hər zaman çox dəyərli oldu.

Bu formanı daşımaq mənim üçün qürur idi. “Şamaxı” Futbol Klubuna gələcəkdə daha böyük uğurlar arzulayıram. Hər şey üçün təşəkkür edirəm”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31