Ölkə futbolu
Dambrauskasa verilən “gic-gic suallar”
Son günlər sosial şəbəkələrdə Azərbaycan futbolunun azarkeşləri arasında bir ifadə müzakirə mövzusuna çevrilib: “Dambrauskasa verilən gic-gic suallar”.
Məsələ ondadır ki, “Sabah”ın baş məşqçisi bəzi matçlardan sonra ona verilən sualları bəyənmir və buna sərt şəkildə reaksiya nümayiş etdirir. Çox uzağa getməyək. Elə Azərbaycan Premyer Liqasının sonuncu – 33-cü turunda “Turan Tovuz”a qarşı keçirilən görüşdən sonra “Sabah”ın baş məşqçisinə sual ünvanlanıb ki, "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışının "Sabah"ın Premyer Liqadakı uğurlu performansına təsiri oldu?”
Sual litvalı mütəxəssisin xoşuna gəlməyib və etiraz formasında belə cavab verib: “Bizim stadionumuzda, çempionun, kubokun qalibinin, 33 oyun məğlub olmayan bir komandanın evində bu cür sual verirsiniz. Xahiş edirəm, bizə hörmət edin. Qurban Qurbanov belə ən yaxşı olduğumuzu qeyd edir. Amma siz həmişə bəhanələr axtarırsınız. Bunlar klubumuza, məşqçilərimizə, futbolçularımıza qarşı hörmətsizlikdir. Mövsümü bu notlarla bitirmək istəməzdim. Amma bizə olan hörmətsizlik də qəbuledilməzdir. Titullar qazandığımıza görə üzr istəməyimi istəyirsinizsə, bunu etməyəcəyəm”.
Həqiqətən də jurnalistikadan başı çıxan, anlayışı olan istənilən şəxs təsdiqləyər ki, bu sualda qeyri-adi, loru dildə desək, cırnayası heç nə yoxdur. Sadəcə Dambrauskasın kompleksi var. Ona görə də hər dəfə xoşuna gəlməyən suallara bu şəkildə cavab verir.
Yaxşı olardı ki, azarkeşlər də küyə getməsinlər. Başa düşürük, bu dəqiqə trolların, feyk profillərin, “malalayanların” sayı artıb. Amma bu, heç kimə əsas vermir ki, jurnalistin sualına “gic-gic” adını qoysun. Ümumiyyətlə, bu təyini kim, necə müəyyənləşdirir? Görəsən, sualların hansının “gic-gic”, hansının “ağıllı-ağıllı” olduğu nəyə əsasən bilinir? Dambrauskasın zövqünə görə? Sual xoşdursa, olur “ağıllı-ağıllı”? Görəsən, “Sabah”ın baş məşqçisinin bu vaxta qədər mətbuat konfranslarında, brifinqlərdə, miks-zonalarda verilən suallardan məlumatı var? Uzun illər mətbuatda olanlar təsdiqləyər, bu günə qədər Berti Foqtsdan Qurban Qurbanova, Rəşad Sadıqovdan Samir Abasova qədər sözün həqiqi mənasında gic-gic suallar verilib. Gəl ki, adını çəkdiyim və çəkmədiyim mütəxəssislərin heç biri jurnalistlərin suallarına bu cür sərt formada reaksiya göstərməyiblər. Bəlkə gələn mövsümdən cənab Dambrauskas özü mətbuat konfransı başlamamışdan öncə suallar hazırlasın və jurnalistlərə paylanılsın...
Mən iddia etmirəm ki, mətbuat konfranslarında verilən bütün suallar idealdır. Təbii ki, çatışmazlıqlar mövcuddur və bunu heç kim danmır. Nəinki gənclər, hətta təcrübəli jurnalistlərdən də bəzən anlaşılmaz suallar verən olur. Amma yenə də heç kimin jurnalisti aşağılama, ona “gic-gic suallar verir” deməyə haqqı yoxdur. Görəsən, sabah “Sabah”ın hansısa uğursuz oyunundan sonra jurnalist “Dambrauskasın gic-gic taktikası”, “Dambrauskasın gic-gic əvəzetmələri” kimi ifadələrdən istifadə etsə, litvalı mütəxəssisin xoşuna gələr?..
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:00
Ölkə kubokunda 3700-cü qol vurulub
-
17:43
Səma Abbasova Avropa çempionatında finala yüksəlib
-
17:25
29 illik məhsuldarlıq rekordu təkrarlanıb
-
17:07
U-15 millimizin toplanışı olacaq
-
16:53
Azərbaycan kubokunda yeni rekord
-
16:39
Azərbaycan kubokunda I mərhələyə yekun vuruldu
-
16:06
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
15:51
Kiçik kənddə böyük futbol VİDEO
-
15:22
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
-
14:44
“Neftçi” azarkeşləri üçün matçdan öncə fan zona təşkil olunacaq
-
14:18
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
-
13:30
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
-
12:53
AMADA "Kəpəz" üçün seminar keçirib
-
11:45
Bakı klubu amerikalı legionerlə gücləndi
-
11:27
Olise “Bavariya” tarixinin ən yüksəködənişli futbolçusu ola bilər
-
11:09
Avropa çempionatı: Daha 6 boksçumuz yarımfinalda
-
10:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:16
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
-
09:52
PFL "Ayın qolu"nun müəllifini mükafatlandırıb
-
09:20
“Araz-Naxçıvan” “Kəpəz”ə, “Neftçi” ən yaxın izləyicisinə qarşı
-
20:16
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
-
19:58
AFFA nümayəndəsinə UEFA-dan təyinat
-
19:21
Azərbaycan cüdoçularından tarixi rekord
-
19:00
Fətiyev bürünc medal qazandı
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
09.10.2026
08.10.2026
07.10.2026
























