9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Toral Bayramov Türkiyə klubuna keçdi

Milli komandamızın üzvü Toral Bayramov “Qarabağ”dan ayrılıb.

Futbolxeber.az saytının məlumatına görə, o, karyerasını “Buraspor”da davam etdirəcək. Bu barədə Ağdam klubunun yaydığı açıqlamada bildirilib:

“Qardaş Türkiyənin köklü klublarından olan “Bursaspor”un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb.

“Qarabağ” FK futbolçumuz Toral Bayramovun transferi ilə bağlı “Bursaspor” klubunun təklifini müsbət cavablandırıb.

Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.

2020-ci ildən əsas komandamızda çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komandamızla 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.

Toral Bayramova klubumuzdakı çıxışı dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, legioner karyerasında uğurlar arzulayırıq”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31