25 Noyabr 2026, Çərşənbə
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu
Andrey Arşavin Bakıya gəlib
“Sumqayıt” Murata ilə vidalaşdı

Ölkə futbolu

“Füzuli Məmmədovun gəlişindən sonra “Karvan-Yevlax”da müsbət dəyişikliklər oldu”

“Görüş maraqlı keçdi. Düzdür, qarşılaşma formal xarakter daşıyırdı. Liqadan düşdüyümüz bilinirdi. Belə oyunlara motivasiya olunmaq çətindir. Buna baxmayaraq, özümüzdə güc tapıb yaxşı çıxış etdik. Qalib gəlmək istəyirdik, buna da çox yaxın idik. Təəssüf ki, son saniyələrdə qapımızda qol gördük və qələbəni əldən verdik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Karvan-Yevlax”ın yarımmüdafiəçisi Rauf Rüstəmli Azərbaycan Premyer Liqasının 33-cü turunda “İmişli”yə qarşı keçirdikləri oyun (1:1) barədə danışarkən deyib.

O bildirib ki, matçın nəticəsi əhəmiyyət kəsb etməsə də, motivasiya baxımından problem yaşamayıblar: “Həqiqətən də bu cür oyunlara köklənmək çətin olur. Legionerlər də səfər ab-havasında olurlar. Buna baxmayaraq, motivasiyamız yerində idi. Matça üstün başladıq. Qol da vurduq. Ümumilikdə, sonda qələbəni əldən verməyimizə baxmayaraq, yaxşı oyun göstərdiyimizi düşünürəm”.  

22 yaşlı futbolçu mövsümün Yevlax klubu üçün uğursuz alındığını vurğulayıb: “Qarşımıza liqada qalmaq məqsədi qoyulmuşdu. Təəssüf ki, bunun öhdəsindən gəlmədik. Komanda Premyer Liqadan düşübsə, deməli, mövsüm uğursuz alındı”.

Rüstəmli baş məşqçi Füzuli Məmmədovla çalışmaqdan məmnunluğunu ifadə edib:

“Füzuli Məmmədovun gəlişindən sonra “Karvan-Yevlax”da müsbət dəyişikliklər oldu. Hamı gördü ki, komanda daha yaxşı çıxış edir. Qələbələrimiz də oldu. Təəssüf ki, bütün bunlar liqada qalmaq üçün kifayət etmədi. Məncə, bəzi xırda səhvlərə yol verməsəydik, daha çox xal toplaya bilərdik. Heyif ki, sonluğu gətirə bilmədik”.

O, gələcək karyerası haqda da söz açıb: “Karvan-Yevlax”a növbəti mövsümdə uğurlar arzu edirəm. İnanıram ki, komanda 1 ildən sonra yenidən Premyer Liqaya qayıdacaq. Mən isə yeni mövsüm üçün müqavilə ilə məxsus olduğum “Sabah”ın düşərgəsinə yollanacağam. Komanda ilə birgə toplanışa qatılmalıyam. Daha sonra isə gələcəklə bağlı qərar veriləcək”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30