10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Füzuli Məmmədov: “Çox istəyirəm ki, yenidən Premyer Liqaya geri qayıdaq”

“Oyunun turnir cədvəli baxımından mahiyyəti yox idi. Amma futbolçular qalib gəlmək istəyirdilər, meydanda yaxşı mübarizə gördük. Mövsümü bitirdik, ağır yol keçdik. Təəssüflər olsun ki, komandamız I Liqaya yuvarlandı. Futbolçular meydanda əziyyət çəkdilər. Bütün mövsümə görə futbolçularıma çox sağol deyirəm. Əziyyətə olan hər kəsə minnətdaram. Baxmayaraq ki, istədiyimizə nail ola bilmədik. Amma artıq mövsüm bitdi, hər bir futbolçuya uğurlar arzulayıram".

Futboleber.az saytının məlumatına görə, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 33-cü turunun “İmişli” ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Yeni mövsüm komandada qalacaqsınız? Qalsanız, heyətlə bağlı kütləvi dəyişikliklər olacaq?

- Çox istəyirəm ki, I Liqaya düşsək də, orada iddialı olaq və yenidən Premyer Liqaya geri qayıdaq. Yəqin ki, sabah rəhbərliklə bu yöndə görüşümüz olacaq. Təbii ki, əgər mən istədiyim şərtlər, istədiyim tələblər olarsa, komandada qalacam. Bəli, bu komandada yaxşı futbolçular var ki, bizə I Liqada da kömək edə bilərlər. Şərtlər yaxşı olarsa, futbolçularla danışarıq, onlar komandada qalar. Amma öncəlik rəhbərliyin istəyidir.

- Sizin özünüzə təkliflər var?

- Öncə hazırkı klubumla danışacam. Rəhbərliklə sabah görüşəcəyik. Görüşümüzdən çox şey asılıdır. Ondan sonra digər məsələlərə qayıdacağıq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31