25 Noyabr 2026, Çərşənbə
“Qarabağ”dan xanım azarkeşlərə jest
Ronaldo 987-ci qolunu vurdu
Andrey Arşavin Bakıya gəlib
“Sumqayıt” Murata ilə vidalaşdı

Ölkə futbolu

Berdıyev: “Himni eşidirsənsə, ölkən üçün oynayırsansa, meydanda həlak olmalısan”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan millisinin futbolçuları ilə bağlı bəzi diqqətçəkən açıqlamalar verib.

Futbolxeber.az saytının məlumatına görə, türkmən əsilli rusiyalı mütəxəssis “CBC Sport” kanalına müsahibəsində milli üçün oynayan futbolçuların meydanda can qoymalı olduğunu söyləyib. Bu zaman o, Azərbaycanda Vətən Müharibəsi zamanı şəhid olan qəhrəman oğlanları nümunə göstərib.

“Mən müxtəlif şəhərlərdən tez-tez keçirəm. Yolboyu Azərbaycan üçün həlak olan şəhidlərin portretlərini görürəm. Onlar ölkə, bayraq, himn üçün canlarından keçiblər. Mən meydanda hər epizod üçün can qoymayan futbolçunu heç cür qəbul edə bilmirəm. Bunu klubda etməyə bilərsən. Amma himni eşidirsənsə, öz ölkən üçün oynayırsansa, sən meydanda həlak olmalısan. Nəticənin necə olacağını yalnız Allah bilir. Amma Allah, ölkə, azarkeş qarşısında nəsə etdiyin üçün utanmamalısan. Təəssüf ki, mən burada əksini görürəm. Mən bunu öz uşaqlarımıza demişəm ki, belə yanaşmaq olmaz.

Ən təhıükəlisi bilirsiniz nədir? Mən hansı yaş qrupu olduğunu deməyəcəyəm. Komanda böyük hesabla uduzur, öz ölkəsinin yığması üçün oynayan futbolçu isə meydana daxil olanda sanki piyada gəzir. Laqeydlik göstərir. Bu mentallığı aşağı yaşdan dəyişmək lazımdır. Vətən üçün, ölkən üçün ölmək lazımdır. Meydanda həlak olmaq lazımdır. O portetlərdə gördüklərimiz kimi...”, - deyə Berdıyev bildirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30