Ölkə futbolu
Rəşad Sadıqov: “Turan Tovuz”la səfər oyununda 1 xal yaxşı nəticədir”
"Zirə" Azərbaycan Premyer Liqasının 29-cu turundaa səfərdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.
Futbolxeber.az saytının məlumatına görə, paytaxt klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyun bizim üçün yaxşı başladı. Erenlə qol epizodu yaratdıq. Daha sonra qol vurduq, amma ofsayd qeydə alındı. 15-30-cu dəqiqələr arasında üstünlük "Turan Tovuz"un tərəfində idi. Standart vəziyyətlərdən biri qolla nəticələndi. Standart vəziyyətlərdə təhlükəli olan Joarlem Santosla Roderik Miller bu gün oyunda olmasa da, rəqib qol vurdu. 35-ci dəqiqədən sonra üstünlük bizdə idi. İkinci hissədə komandam yaxşı çıxış etdi, sürəti artırdı. Hesabı bərabərləşdirdik. Yaxşı hücumlarımız var idi. Önə keçə bilərdik. "Turan Tovuz"la səfər oyununda 1 xal yaxşı nəticədir.
- Rəvan Həmzəzadənin idarəçiliyi barədə nə düşünürsünüz?
- Rəvan Həmzəzadə çempionatın təcrübəli və yaxşı hakimlərindən biridir. Bu gün meydanda gərgin mübarizənin keçəcəyi bəlli idi. Ona görə də onun təyinatı normaldır.
- Bəzi klublar məğlubiyyətin səbəbini hakimlərin üstünə atır. Siz necə düşünürsünüz?
- Ötən mətbuat konfransında hakimliklə bağlı suallar oldu. Bu gün meydanda yaxşı iş görən iki komanda var idi. Yaxşı futboldan danışmaq olar. Bu oyunun dəyərini vermək lazımdır. Çempionatımızda futbolun keyfiyyəti artır. İnanıram ki, növbəti illərdə daha da yaxşı olacaq.
- Sizin üçün kubok, yoxsa çempionat prioritetdir?
- Biz də hesab-kitab edirik. Çempionatda "Araz-Naxçıvan" və "Neftçi" ilə gərgin mübarizə gedir. "Sumqayıt"ı da siyahıdan çıxarmaq olmaz. Çempionatı 4-cü yerdə bitirməyi çox istəyirik. Digər tərəfdən kubokun finalında "Sabah" kimi rəqib var. İlin əvvəlində bilirdik ki, avrokuboklara qatılmaq çətin olacaq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. İstəyərəm ki, avrokuboklara gedən komandalarda biri biz olaq.
- Elvin Cəfərquliyevin "Qarabağ"da əsas komandadan uzaqlaşdırılmasını necə şərh edərdiniz?
- Məyusedicidir. Nə baş verdiyini dəqiq bilmirəm. Klub onu açıqlamır. Bircə onu bilirəm ki, Qurban Qurbanov bir yerli futbolçuya qarşı belə sərt addım atıbsa, demək ki, əsası var. Elvinin müsahibələrini görmüşəm. İntizamsız davranışları barədə danışıb. Ehtimal edirəm ki, nəsə ciddi bir şey baş verib və Qurban müəllim belə qərar verib. Elvin Azərbaycan futbolunun aparıcı oyunçularından biridir. İnanıram ki, hər şey yoluna düşər.
- Onu "Zirə" görmək istəyərsiniz?
- Hər məşqçi komandasında Elvin kimi futbolçunu görmək istəyər.
- Kubokun finalını nəzərə alıb "Qəbələ" və "İmişli" ilə oyunlarda rotasiyalar edəcəksiniz?
- Bir çox oyunda rotasiyalar etmişik. Qarşıdakı matçlarda da futbolçuların durumuna görə plan quracağıq. Çalışacağıq ki, həm çempionat oyunlarında, həm də finalda ideal vəziyyətdə olaq.
- Giorgi Papunaşvili son vaxtlar az oynayır. Bunun səbəbi nədir?
- Bizdə son dönəmlərdə sistem dəyişikliyi oldu. Son vaxtlar 5-4-1 sistemi ilə çıxış edirik. Sırf sistemlə bağlı məsələdir. Bu gün iki dəqiqə də qol vura bilməsəydik, Papunaşvilini oyuna buraxacaqdım.
- Müqaviləsi bitən futbolçularla danışıq aparırsınız?
- Avrokuboklara gedib-getməmək istənilən klubun siyasətinə təsir edir. Həmişə mövsümün sonunu gözləmişik. İndi də səbrli davranırıq. Bəzi oyunçularla ilkin danışıqlar aparmışıq. Avrokuboklara vəsiqəni təmin etsək, danışıqlar daha rahat olacaq.
- Abbas Hüseynovun adı "Zirə" ilə hallanır. Bu, nə dərəcədə realdır?
- Xeyr, bizim gündəmimizdə deyil. Bizdə həmin mövqedə Qismət Alıyev çıxış edir. Bəlkə gələcəkdə ola bilər. Amma bu gün belə söhbət yoxdur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
16:39
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:03
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
30.10.2026
29.10.2026
28.10.2026
























