30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

“Neftçi” - “Qarabağ” oyununun biletləri satışda

Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb.

Futbolxeber.az saytının məlumatına görə, qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 3 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Anatoli Banişevski alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

“Palms Sports Arena”nın kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, bundan əvvəl “Qarabağ”la hər iki oyuna (26 və 30 aprel) bilet əldə etmiş azarkeşlərin bu matça girişi sərbəst olacaq.

Xatırladaq ki, matç aprelin 30-u, saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31