Ölkə futbolu
Ayxan Abbasov: “Çox kobud səhvlər oldu ki, klubların haqqına girildi”
"Bizim üçün xoş qalibiyyət oldu. Azarkeşlərimizin qarşısında çoxdandır ki, qələbə qazana bilmirdik. Bilirdik ki, onlar o qələbəni bizdən gözləyirdilər. Maraqlı və dinamik oyun oldu. Hər iki komanda uduzmaq istəmirdi. Oyun sürətli başladı. Birinci hissədə qol epizodları oldu. İkinci hissə yaxşı başlamadıq. Sonradan oyunun nəzarəti bizə keçdi. Layiqli qələbə qazandıq. Komandamızı təbrik edirəm. Gələcək oyunlara baxacağıq. Bu gün çempionatda ən maraqlı komandalardan birinə çevrilə bilmişik. "Kəpəz"in aqressiv gələcəyini bilirdik. Son pillələrdə gərgin mübarizə gedir. "Karvan-Yevlax" da bizimlə oyuna final kimi yanaşırdı. Bu da çempionatımıza rəng qatır".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 29-cu turunun "Kəpəz"lə matçından sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- Mövsümün sonunda komandadan gedəcəyiniz bəllidir. Rəhbərlik yeni baş məşqçinin kim olması ilə bağlı sizdən məsləhət alıb?
- Xeyr, bu, rəhbərliyin qərarıdır. O barədə tam müzakirə də etməmişik. Çünki çempionat bitməyib. Həmişə komandada, rəhbərlikdə də fikir yaratmaq istəmirik. Futbolçular son oyuna qədər peşəkar yanaşmalıdır. Biz də beləyik. İndi bunu müzakirə etsək, bir az qeyri-peşəkarlıq olar.
- Elvin Cəfərquliyev əvəzedici heyətə göndərilib. Milli ilə bağlı durum sizi narahat edir?
- Milliyə namizəd futbolçuların hamısı məni narahat edir. Yaxşı durumda deyilik. Potensiallı futbolçularımız azdır. Biz də bunları itirə bilmərik. Hər klub sərbəstdir, hər klubun qərarları var. Tək burada Elvin yox, digər legionerlər var ki, oynamırlar klublarında. Bu dəqiqə yaxşı halda deyilik. Amma yayda vaxtımız olacaq. İnanıram ki, yeni mövsüm hamı üçün xeyirli olar.
- Qarşıda 4 tur qalıb. Futbolçular oyuna hansı motivasiya ilə çıxacaqlar?
- Çempionluğa və avrokuboklara oynayan klublar bu sözü desə, düz çıxmaz ki, hədəfimiz Premyer Liqada qalmaqdır. Digər 6 komanda var ki, ilk olaraq Premyer Liqada qalmalıdırlar. Bu da qaranti deyil. İki ildir sürprizlərlə doludur. Heç kim gözləmirdi ki, hansı komanda sonuncu yerdə olsun. Çünki bu, büdcəyə məsələ deyil. Bizim hədəfimiz iki ildir liqada qalmaqdır. Amma bu mövsüm hardasa istədik. Kubokda irəlilədik. Püşkatma bizim üçün çətin idi. "Qarabağ"ı keçsəydik, "Sabah"la qarşılaşacaqdıq. Çempionatın bəzi vaxtları oldu ki, qalib gəlsəydik, dördlüyə çıxa bilərdik. "Araz-Naxçıvan"a evdə uduzduq. Qışdan daha rahatıq. Çempionat başlayandan düşmə zonasında olmamışıq. Özümüzə yaxın rəqiblərdən üstün olmuşuq. Bəzi şeylər var ki, görürsən büdcəyə bağlıdır. Avrokuboklara oynamaq istəyirsənsə, ayaqlaşmalısan. Bir oyunla çempionatı dəyərləndirməməliyik, ümumi baxmalıyıq. Ümumi baxsaq, futbolçulardan gözləntilərin daha yaxşısını verdilər.
- AFFA rəhbərliyi ilə söhbətinizdə hakimliklə bağlı müzakirələriniz olur?
- Cahangir müəllimlə söhbət edəndə, futbolun içindəki olan bütün mövzulara toxunuruq. Onlardan biri də hakimlikdir. Bu gün federasiya hakim səhvlərinin yüksəlməsinə, səhvlərin az olmasını çox istəyir. Amma reallığı demək lazımdır, burada klubların da, medianın da günahı var. Olmayan mövzuları lazımsız ajiotaj edirik, bəzən futbolumuzu şouya çevirmək istəyirik. Bir az Türkiyə Superliqasına baxıb, o hadisələrlə eyniləşdiririk. Belədə, gənc hakimlərimiz bəzən bu təzyiqi üzərindən ata bilmirlər. Səhvlər olur. Bizim başımıza gələn olaylar zamanı təcrübəli hakimlər deyil, gənclərdir. Hakimlərin də üzərinə ata bilmərik hər şeyi. Razıyam, çox kobud səhvlər oldu ki, klubların haqqına girildi. Bunu demək lazımdır. Amma bu da çıxış yolu deyil ki, hakimləri silək-ataq. Sabah hakim tapa bilməyəcəyik. Onların da üzərinə bu qədər getmək olmaz. Səhvləri aşkar müzakirə edəndə, hakimlər də qorxur. Uşaq futbolu, Premyer Liqa, I Liqa, hakimlər... Çempionatın səviyyəsini yüksəldiriksə, hakimliyin səviyyəsi qalxmasa, narazılıq çox olacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
16:39
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:03
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
30.10.2026
29.10.2026
28.10.2026
























