Ölkə futbolu
“Turan Tovuz”un növbəti hədəfi – qrup mərhələsi!
"Turan Tovuz"la müqaviləmin uzadılıb-uzadılmaması klubdaxili məsələdir. Burada hər şey məni qane edir. Qərar klub rəhbərinə aiddir". Bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev 2 həftə əvvəl demişdi. Əslində hamı başa düşür ki, təcrübəli mütəxəssisin sözləşməsinin yenilənməsi an məsələsidir. Hətta deyilənlərə inansaq, Tovuz klubu avrokuboklara vəsiqəni rəsmiləşdirən kimi, bu qərar açıqlanacaq.
Əlbəttə, başqa necə ola bilərdi ki? “Turan Tovuz” bu gün avrokubokların yollanmağın bir addımlığındadır. Bu isə 32 illik həsrətin sona çatmasıdır. Məlum məsələdir ki, bu cür nəticə havadan yaranmayıb. Məşqçi və rəhbərliyin birgə fəaliyyəti bu uğurlara gətirib çıxarıb. Bu yaxınlarda söhbət etdiyim təcrübəli mütəxəssislərdən biri belə fikir səsləndirmişdi: “Turan Tovuz”un prezidenti məşqçiyə inandı, futbolçuların arxasında durdu. Ona görə də bu gün komanda şəklində uğur var. Görünən odur ki, komandanın daxilində də ab-hava gözəldir, hər kəs bir-birini dəstəkləyir. Ona görə də bu gün qazanılan nəticələr gözlənilməz deyil”.
Əslində, “Turan Tovuz” rəhbərliyi hələ 2 il əvvəl Berdıyevi baş məşqçi postuna dəvət edəndə düzgün addım atmışdı. Buna qədər Kurban Berdıyevin Azərbaycanda çalışması üçün dəfələrlə cəhd edilsə də, alınmamışdı. Məlum məsələdir ki, təcrübəli mütəxəssis ölkəmizə pul üçün gəlməyib. Berdıyev, sağlığına qismət, karyerası ərzində buna qədər böyük pullar qazanıb və yenə də maddiyyatı düşünsəydi, Asiya ölkələrindən birinə yollanardı, Azərbaycana gəlməzdi.
Berdıyevin gəlişindən sonra “Turan Tovuz” adına qısa zamanda böyük işlər görülüb. Klubun idarə heyətinin sədri Ehtiram Quliyev başa düşür ki, müvəqqəti yox, daimi uğurlar qazanmaq üçün infrastruktur mütləqdir. Quliyev daim Berdıyevin fikirlərinə hörmətlə yanaşır, onun zəngin təcrübəsindən yararlanır. Rəhbərlik-məşqçi vəhdəti bu gün öz nəticəsini verir: “Turan Tovuz” Avropanın qapısını döyür və artıq 2 turdan sonra komanda avrokuboklara vəsiqəni rəsmiləşdirə bilər. Yəni “Turan Tovuz” demək olar ki, artıq avrokuboklara yollanmaq tapşırığının öhdəsindən gəlib.
İndi isə irəli baxmaq lazımdır. Berdıyevin karyerasına bələd olanlar, onu yaxından tanıyanlar da təsdiq edir ki, təcrübəli mütəxəssis heç vaxt minimum hədəflər uğrunda yarışmayıb. Çalışdığı klubdan asılı olmayaraq, məşqçinin hədəfi daha irəli getməkdir. Ona görə düşünürük ki, bu gün “Turan Tovuz”un növbəti hədəfi avrokubokların qrup mərhələsi olmalıdır. Hər halda komanda 32 ildən sonra Avropaya 1-2 mərhələ üçün yollanmamalıdır. Rəhbərlik məşqçi üçün lazımi şəraiti yaratmağa davam etsə, Berdıyevin zəngin təcrübəsi bu tapşırığın öhdəsindən gəlməyə imkan verəcək. Həm də o cür təcrübəli mütəxəssis Azərbaycana yalnız avrokuboklara vəsiqə qazanmaq üçün gəlməyib ki...
Bir maraqlı məqam da AFFA ilə bağlıdır. Kurban Berdıyevin ölkəmizdə çalışması kiçik hadisə deyil. Bəs nə üçün bu günə qədər AFFA rəsmiləri rəsmi, yaxud qeyri-rəsmi şəkildə təcrübəli mütəxəssislə görüşüb fikir mübadiləsi aparmayıb? Axı yaxın keçmişdə AFFA rəhbərliyi bütün günü İnkişaf Strategiyasından danışırdı, hər kəsi bu məsələyə qoşulmağa çağırırdı. İstənilən fikir mübadiləsinə hazır olduqlarını açıqlayırdılar. Fikir öyrənmək üçün Berdıyevdən yaxşı kadr? Hər halda “Turan Tovuz”un çalışdırıcısı kifayət qədər böyük təcrübəyə malikdir və Azərbaycan futbolu onun məsləhətlərindən ancaq fayda görər. Belə bir görüş olsaydı, yəqin ki, mətbuat da bundan xəbər tutardı. İndi də gec deyil, AFFA rəhbərliyi Kurban Berdıyevlə Azərbaycan futbolu barədə müzakirə aparsa, bunun heç bir tərəfə ziyanı dəyməz. Yuxarıda da qeyd etdiyimiz kimi, Berdıyev Azərbaycana pul üçün gəlməyib. Məqsəd ölkə futboluna fayda verməkdir. O zaman Azərbaycan futbolu niyə Berdıyevin təcrübəsindən faydalanmasın?
TAĞI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
16:39
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:03
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
30.10.2026
29.10.2026
28.10.2026
























