30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Ölkə futbolu

"Sumqayıt"dan ardıcıl ikinci qələbə, Qəbələdə qalib aşkarlanmadı

Azərbaycan Premyer Liqasında 29-cu tur start götürüb.

Futbolxeber.az saytının məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

Turun açılış matçında “İmişli” Qubada “Sumqayıt”ı qəbul edib. Hər hissədə bir qol vuran qonaqlar ardıcıl ikinci qələbələrini qazanıblar. 

Günün digər görüşündə isə “Qəbələ” doğma divarlar arasında “Araz-Naxçıvan”ı sınağa çəkib. Bu matçda qalib aşkarlanmayıb. 

Azərbaycan Premyer Liqası

XXIX tur

25 aprel (şənbə)

“Qəbələ” - “Araz-Naxçıvan” - 1:1

Qollar: Ömər Buludov, 76-avtoqol (1:0), İssuf Paro, 83 (1:1)

Qəbələ şəhər stadionu

“İmişli” - “Sumqayıt” - 0:2

Qollar: Aleksandr Ramalinqom, 34; 85

Quba OİK stadionu

26 aprel (bazar)

16:00. “Şamaxı” - “Kəpəz”

19:00. “Neftçi” - “Qarabağ”

27 aprel (bazar ertəsi)

18:00. “Turan Tovuz” - “Zirə”

20:00. “Sabah” - “Karvan-Yevlax”

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 18 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Joarlem Santos ("Turan Toviz") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31